XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Teymur Göyçayevin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
11/08/2023 00:22

Xalq artisti, dirijor Teymur Ənvər oğlu Göyçayev 11 avqust 1958-ci ildə anadan olub. O, Bakı Musiqi Akademiyasının Simli alətlər fakültəsini 1981-ci ildə fərqlənmə diplomu ilə bitirib, 1985-ci ildə musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsində iştirak edib və laureat adı qazanıb. Sənətçi kimi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrində artist işləyib, 1986-cı ildən Bülbül adına orta ixtisas musiqi məktəbində, daha sonralar Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir.

Teymur Göyçayev 1998-ci ildən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin bədii rəhbəridir. 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi", 2005-ci ildə isə Azərbaycan Respublikasının "Xalq artisti" fəxri adını alıb. Dəfələrlə Prezident Mükafatına layiq görülüb.

10 may 2014-cü ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub. 10 avqust 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. 7 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Baxış sayı: 206