XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar artist Suğra Bağırzadənin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
10/02/2023 01:26

Suğra Bağırzadə 10 fevral 1947-ci ildə Bakıda doğulub. 7 nömrəli orta məktəbi bitirib. Daha sonra Neft-Kimya İnstitutunun Kimya texnologiyası fakültəsini bitirib. İxtisasca mühəndisdir.

“Azərbaycanfilm” kinostudiyasında texniki şöbənin böyük mühəndisi vəzifəsində işləyib. O, uşaqlıqdan həyatını incəsənətə bağlayıb. Onun ifasında “Cücələrim” mahnısı Azərbaycanın hüdudlarından kənarda da tanınır. Özünün aktyorluq istedadına görə kinoda çəkilib.

Onun əvvəllər güllərlə işləmək həvəsi kimi başlanan hobbisi tədricən daha bir peşəyə çevrilir. Təbii güllərdən yaratdığı kompozisiyalar ona floraçı-rəssam şöhrətini gətirir. “Floristika” İncəsənətə Dəstək adlı ictimai birliyin yaradıcısıdır.

Ailəlidir, iki qızı, dörd nəvəsi var.

29 iyun 2015-ci ildə türk dünyası mədəniyyətinə verdiyi töhfələrə və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Fəxri Doktoru” adına layiq görülüb. 2016-cı ildə Türk dünyası mədəniyyətinə verdiyi töhfələrə görə Beynəlxalq Mükafatlar Komitəsinin “Qızıl Ulduz” və “Türk Dünyasında İlin Mədəniyyət Adamı” mükafatlarına layiq görülüb. 16 dekabr 2016-cı ildə mədəniyyətə verdiyi böyük töhfələrə görə Beynəlxalq Təltiflər İttifaqının Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən “Fayda, şərəf və şöhrət” ordeni ilə təltif edilib. 1 avqust 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. Suğra Bağırzadə 2022-ci il BMT-nin İctimai Mükafatlar Şurası (UNCOPA) tərəfindən dünya mədəniyyətinə xidmətlərinə görə “Leonardo Da Vinçi” medalı ilə təltif olunub.

Baxış sayı: 327