XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Respublikasının Əməkdar artisti Elnarə Abdullayevanın yubileyidir
ÜMÜMİ XƏBƏRLƏR
17/06/2022 00:51

Elnarə Abdullayeva 1972-ci ilin iyunun 17-də Qobustanın Çuxanlı kəndində kasıb bir ailədə anadan olub.

Daha sonra Ağaxan Abdullayevin tələbəsi olaraq ondan muğamın sirrlərini öyrənib. Onun 2006-cı ildən musiqiçi və prodüser Asif Kərimovla birgə fəaliyyəti xanəndənin bütün yaradıcılıq tərzini dəyişib. 2000-ci illərdə “Gilan” albom şirkəti ilə müqavilə bağlayaraq "Elnarənin Musiqi Dünyası" adlı ilk albomunu çıxarıb. 2015-ci ildə Heydər Əliyev adına Respublika Sarayında ilk solo konserti baş tutub.

2015-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb. 2016-ci ilin mart ayında 3 gün Heydər Əliyev adına Respublika Sarayında konsertlər verib.

Milli muğam sənəti ənənələrini layiqincə davam etdirən, özünəməxsus səsi ilə tamaşaçıların qəlbinə yol tapan Elnarə xanımı yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Baxış sayı: 443