XƏBƏRLƏR
MƏLUMAT
“Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir” mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
21/02/2023 04:45

Fevralın 20-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir.” mövzusunda dəyirmi masa keçirilib.

İlk öncə Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Ana dili günü ilə bağlı videoçarx nümayiş olunub.

Tədbir zamanı bildirilib ki, dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi Ümummilli lider Heydər Əliyevin qətiyyət və prinsipiallığı sayəsində əldə edilən ən böyük nailiyyətlərdən biridir .

Sonda Ana dili ilə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.

Baxış sayı: 161