XƏBƏRLƏR
MƏLUMAT
Alman filosofu Georq Vilhelm Fridrix Hegelin müdrik kəlamları
ÜMÜMİ XƏBƏRLƏR
27/08/2021 02:07

Georq Vilhelm Fridrix Hegel1770-ci il 27 avqustda Ştutqartda anadan olub. Hegel Ştutqartda gimnaziyada oxuyub, 1788-ci ildə Tyubingendə protestant ilahiyyat məktəbinə daxil olub, orada 2 il fəlsəfə, 3 ildə ilahiyyat elmlərini öyrənib. 1793-cü ildə məktəbi müvəffəqiyyətlə bitirib.

O, alman filosofu, obyektiv idealist, klassik alman fəlsəfəsinin nümayəndəsi olub. Gəncliyində radikal təfəkkür tərzi ilə fərqlənib.

Georq Vilhelm Fridrix Hegel tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Georq Vilhelm Fridrix Hegelin müdrik kəlamlarını sizə təqdim edirik:

Xoşbəxtliyin sirri-insanın "MƏN" dairəsindən çıxa bilmə bacarığındadır.

Həyat - bu sonsuz mükəmməlləşdirmədir. Özünü mükəmməl hesab etmək isə-özünü öldürməkdir.

İnsan azadlıq üçün tərbiyə olunur.

Nitq - heyranedici güclü vasitədir. Ondan istifadə etmək üçün ağıllı olmaq lazımdır.

Ancaq böyük hədəflərin həyata keçməsindən sonra insan özündə böyük xarakter aşkar edir.

Bir insanın sənə nələr verə biləcəyi deyil, sənin üçün nələrdən imtina edəcəyi əhəmiyyətlidir.

Ən vəfakar dostumuz kölgəmizdir, amma unutma ki, o da yoldaşlıq etmək üçün günəşli havanı gözləyir.

Həqiqətə qarşı cəsarət - fəlsəfə tədqiqatının birinci şərtidir.

İlk vaxtlar ana tərbiyəsi çox vacibdir, çünki əxlaq uşaqda bir hiss kimi həkk olunmalıdır.

Əxlaqsız münasibətlərdən uşağa qul kimi olan münasibət ən əxlaqsızıdır.

Fəlsəfə obyektlərin düşüncə ilə görülməsidir.

Bütün ağıl - həqiqət, bütün həqiqət - ağıldır.

İnsan özünün cənabı olmayınca, təbiətin cənabı olmayacaq.

Hər bir rəsm əsəri öz dövrünə, öz millətinə və öz mühitinə aiddir.

Əxlaq - bu iradənin ağılıdır.

İnsan öz əməllərinin tərənnümüdür.

İnsan fikirləşmədən öz içində yaşayanları aşkar edə bilməz.

Əxlaq gözəllik libasında meydana çıxmalıdır.

Həqiqət və fayda doğma tellərlə ancaq gözəllikdə birləşir.

Estetik hissə malik olmadan mənəvi cəhətdən inkişaf etmək mümkün deyil.

Xalis, hüdudsuz zəka elə ilahiyyatın özüdür.

Hər xalq öz hökmdarına layiqdir.

Sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər.

Gerçək olan hər şey ağlabatandır, ağlabatan hər şey gerçəkdir.

Zəka insana onun əsl təyinatını, həyatının mənasını açır.

Həqiqət bidət kimi doğulur, ehkam kimi ölür.

Həqiqət və xeyir doğma tellərlə ancaq gözəllikdə birləşir.

Dünyada heç bir böyük iş ehtirassız görülə bilməz.

Baxış sayı: 1092