XƏBƏRLƏR
MƏLUMAT
A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdlərinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
07/06/2024 11:45

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri Rusiyada onlayn keçirilən “Zelyonıy Royal” adlı gənc fortepiano ifaçılarının beynəlxalq musiqi müsabiqəsində iştirak ediblər.

Müsabiqənin nəticələrinə əsasən məktəbin şagirdləri Əsnad Həsənzadə I dərəcəli diplomla, Leyla Abbasova isə II dərəcəli diplomla təltif olunublar.   

Şagirdlərin müəllimi Əsmər Həsənli təşəkkürnamə ilə təltif edilib.

Baxış sayı: 183