XƏBƏRLƏR
MƏLUMAT
28 May – Müstəqillik Gününə həsr olunmuş “Canım Azərbaycanım” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2022 01:17

Mayın  26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzi 28 May – Müstəqillik  Gününə həsr olunmuş “Canım Azərbaycanım” adlı tədbir keçirib.

Tədbirin açılışında Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilib.  Tədbirin aparıcısı Günel Babayeva Müstəqillik günü haqqında  məlumat verdikdən sonra  tarixi faktlar əsasında hazırlanmış sənədli videoçarx nümayiş olunub.  

Tədbirdə  Mədəniyyət  Mərkəzinin “Səma” rəqs kollektivi (kollektivin rəhbəri Səma Sadıxova) “Qara qız”, “Şuşanın dağları”, “Gimnastika”kursunun (rəhbəri Şəmsnur Hüseynzadə) şagirdləri “Dəcəl qızlar”, “Kiçiklərin dünyası” nömrələri ilə çıxış ediblər. Azərbaycan xalq mahnısı  “Sarı gəlin”i gitarada Ramal İbişov, Nərgiz Yusifli ifa ediblər.  “Azərbaycan” mahnısı sazda Əkbər Məmmədli, Hüseyn Əliyev, Məhəmməd Əsgərli,Ümüd Niftaliyev, Amin Məmmədov və  Tural Tovuzlunun ifasında səslənib, “Şəms” rəqs kolletivinin ifasında (rəhbəri Nərmin  Mustafazadə)  “Modern rəqs” nümayiş etdirilib.

Tədbirdə Mədəniyyət Mərkəzinin mədəni- təşkilatçısı Səidə Orucova  “Yaşa Azərbaycan” mahnısını  ifa edib. Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbirlərdə fəal iştirak edənlər  “Fəxri Fərman”larla təltif edilib.

Tədbir “Azərbaycan” kompozisiyası ilə  başa çatıb. Şeiri Günel Babayeva,Səidə Orucova, Rəisə Sadıqova səsləndiriblər.

Baxış sayı: 273