XƏBƏRLƏR
MƏLUMAT
Tanınmış bəstəkarın xatirəsi “Məhəbbət işığı”nda anılıb
ÜMÜMİ XƏBƏRLƏR
27/11/2024 15:36

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Xalq artisti, bəstəkar Sevda İbrahimovanın 85 illiyinə həsr olunmuş “Məhəbbət işığı” adlı xatirə gecəsi keçirilib.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsertdə solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Aleksey Miltıx (violonçel), Fəridə Məmmədova (soprano), respublika və beynəlxalq müsabiqələr laureatları Mədinə Şahgəldiyeva (kamança) və Nərmin Rzayeva (piano) dinləyicilər qarşısında çıxış ediblər.

Gecədə Sevda İbrahimovanın “Əzizlərimin xatirəsinə” pyeslər silsiləsi, “Tez gəl”, “Sənin sədaqətin” romansları, “Oyan Bülbül” və “Məhəbbət işığı” fortepiano silsiləsi səslənib.

 

Baxış sayı: 138