Şeiri səsləndirmək, ən az onu yazmaq qədər çətin işdir. Bu məsuliyyətli və önəmli vəzifə isə bədii qiraət ustalarının üzərinə düşür. Bədii qiraət ustası ən azı şairin özü qədər o şeiri duymalı, o misraları hiss etməli, şairin hisslərinə və fikrinə sadiq qalmaq şərtilə öz hisslərini də tamaşaçıya çatdırmağı bacarmalıdır. Təkcə gözəl səs, aydın tələffüz, səlis diksiya şeiri səsləndirmək üçün şərt deyil. Bunlarla yanaşı sözü hiss edən, şeiri duyan ürək də lazımdır. Hansı ki, o ürəkdə ən azı şairin özü qədər o misraların alovuna yanıb, oxucunu öz atəşində qızdıra bilsin.
Azərbaycanda bədii qiraət sənətinin Müxlis Cənizadə, Həsən Əbluç, Mikayıl Mirzə, Ağalar Bayramov, Ənvər Vəliyev və başqa ustaları ilə yanaşı bu missiyanı öz zərif çiyinlərində daşıyaraq, səsinin sehri, içdən gələn ifadəli təqdimatı ilə dinləyicini şeyriyyat aləminə varmağa, yaşamaq və yaşatmağa sövq edən bir aktrisa da var – Xalq artisti Əminə Yusifqızı.
Sentyabrın 24-də Bakıda dünyaya gələn Əminə xanım hələ məktəb yaşlarından Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. 1961-ci ildə M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirən Əminə xanım 1958-1964-cü illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, 1964-1974-cü illərdə isə Alademik Milli Dram Teatrının aktrisası olub. 1974-cü ildən "Azərbaycan film" kinostudiyasının nəzdində fəaliyyət göstərən kino aktyor teatr studiyasında çalışır. Dublyaj, səsləndirmə sahəsində də fəaliyyətləri mövcuddur.
O, radio və televiziya çəkilişlərində müxtəlif planlı rolların əvəzolunmaz ifaçısıdır. Əminə Yusifqızının səhnədə ilk rolu – Yusif Əzimzadənin "Anacan" əsərində Qulu obrazı olub. Ardıcıl olaraq o, Cəfər Cabbarlının "Yaşar" əsərində Yaqut, R.İsmayılovun "Sonuncu məktub"unda Sabirə, İ.Coşqunun "Komsomol həqiqəti" əsərində Humay, Bernard Şounun "Şeytanın şagirdi" əsərində Esse, Çingiz Aytmatovun "Ana tarla"sında Aliman, Q.Rəsulovun "Söz yarası"nda Ülkər və başqa bu kimi Azərbaycan teatr və kino sənətinin incisi hesab olunan obrazlara həyat verib, "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. filmlərdə, televiziya tamaşalarında çəkilib.
Qırx ildən çoxdur ki, azərbaycanlı tamaşaçı Əminə xanımın bənzərsiz səsinin sehri ilə gah keçmişini xatırlayıb üzülür, gah sabahına ümid edir, gah gülür, gah ağlayır, amma həmişə şeirin, sözün, məlahətli səsin təravətindən zövq alır. Əminə xanım bir şeirdə müxtəlif obraza düşə bilən, müxtəlif səs tembrlərindən məharətlə istifadə edən sənətkardır. O, şeiri bənd-bənd, fikir-fikir, misra-misra deyil, söz-söz yaşayır, hiss edir və dinləyicisinə hiss etdirir. Sevgilisindən ayrı düşən aşiqin həsrət yanğısı, xəyanətə düçar olan qəhrəmanın qəzəbi, ədalətsizliklə üzləşən insanın mətanəti, sevdiyini görən, ona qovuşan divanənin sevinci bu səsin bütün çalarlarında öz əksini tapır.
“Şöhrət” ordenli Xalq artisti, sevilən sənətkarımız Əminə Yusifqızını təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq