XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanları tanıyaq və tanıdaq” rubrikasında Rüfət Mayılov
ÜMÜMİ XƏBƏRLƏR
31/01/2023 00:25

Rüfət Bəhram oğlu Mayılov  2001-ci il yanvarın 31-də Göyçay rayonunun Kürdəmiş kəndində anadan olub. Subay idi.

Rüfət Mayılov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.  Xidmət etdiyi hərbi hissədə idman sahəsində dərəcələri yüksək olub, fəxri fərman və təşəkkürnamələrlə təltif edilib.

Azərbaycan Ordusunun əsgəri olan Rüfət Mayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Rüfət Mayılov 30 sentyabr 2020-ci ildə Füzuli rayonunun Alxanlı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub. Göyçay rayonunda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq  Sərəncamlarına əsasən Rüfət Mayılov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Baxış sayı: 262