XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
08/02/2024 10:23

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində Xalq artisti, görkəmli sənətkar Firəngiz Şərifovanın anadan olmasının 100 illik yubileyi ilə əlaqədar "Mən mahnı qoşuram" filmi nümayiş olunub.

Film nümayişində 253, 288,180 nömrəli tam orta məktəblərin  və 7 nömrəli Bakı Peşə məktəbinin şagirdləri iştirak ediblər.

Mərkəzin əməkdaşı film nümayişindən əvvəl gənc nəslə Firəngiz Şərifovanın həyat və yaradıcılığı haqqında ərtaflı məlumat verib.

Sonra şagirdlər "Mən mahnı qoşuram" filmini izləyiblər.

Baxış sayı: 235