XƏBƏRLƏR
MƏLUMAT
Maraqlı faktlar
ÜMÜMİ XƏBƏRLƏR
09/09/2020 02:58

Bəzi maraqlı faktlar var ki, bir çoxlarının onlar haqqında məlumatı yoxdur. Həmin faktlardan bir neçəsini təqdim edirik:

1. Dünya yarananandan bu günə qədərki hər şeyi 24 saata sığdırmağa çalışsaq, insanlar bu vaxtın sadəcə 1 dəqiqə 17 saniyəsini təşkil edər.

2. Çində ingiliscə danışanların sayı Amerikadakılardan daha çoxdur.

3. İnsanlar oksigensiz 3 dəqiqə, susuz 3 gün və yemək yemədən 3 həftə yaşaya bilər.

4. 2011-ci ildə Yaponiyada baş verən 8,9 ballıq zəlzələ nəticəsində günlərin uzunluğu 1,8 mikro saniyə azalıb.

5. Qarışqalar məcbur qaldıqda 2 həftə ərzində suyun altında yaşaya bilirlər.

6. Vakuumda (havasız və cazibə qüvvəsinin olmadığı məkanda) ağlamaq mümkün deyil. Çünki göz yaşı aşağı doğru hərəkət edə bilmir və gözdən yaş çıxmır.

7. İnsanların omba sümüyü betondan daha möhkəmdir.

8. Ağcaqanad əleyhinə spreylər əslində onların insanlara yaxınlaşmasını əngəlləmir. Sadəcə olaraq ağcaqanadların hissiyyatını zəiflədir və bir növ insanları gizləyir.

9. “Süd yolu” qalaktikasında 400 milyarddan çox ulduz olduğu düşünülür.

10. Bir insan gündə ən az 500 litr oksigen istifadə edir.

11. Hər gün 275 milyona yaxın yeni ulduz yaranır.

12. Gözlərin hər biri 130 milyondan çox görmə sinir hüceyrəsindən ibarətdir. Hər hüceyrənin içində 100 trilyon atom var. Bu rəqəmlər isə ümumilikdə dünyadakı bütün ulduzların sayından daha çoxdur.

13. Hazırda dəniz aləmində 180-nə yaxın balıq növü işıq görmədən yaşayır.

14. Əgər bir sözü xatırlamaqda çətinlik çəksəniz, yumruğunuzu sıxın. O zaman beyinin fəaliyyəti daha da artır və yaddaşı işə salmağa kömək edir.

15. 600 kiloqramlıq bir balinanın ürək damarının içinə bir insan yerləşə bilər.

16. Bir insan yaşadığı müddətdə ortalama 23 min dəfə göz qırpır, 100 min dəfə ürəyi döyünür, 23 min dəfə nəfəs alır, qaraciyərləri ilə 1500 litr qan süzülür, mədəsi ilə 2 litr xlorid turşusu istehsal edir.

Baxış sayı: 634