XIX əsr görkəmli fransız yazıçı-dramaturqu Onore de Balzak 20 may 1799-cu ildə Fransada anadan olub. O, Qərbi Avropa realizminin zirvəsi hesab edilir. Onun ən məşhur əsəri — "Bəşəri komediya" və ya "İnsan komediyası" (La Comédie humaine) adlı epopeyada fransız həyatının bütün sahələri 143 kitabda əks etdirilməli idi. O, bütün gücünü sərf edərək 90 roman və novella yazıb. Bu epopeyaya "Şaqren dərisi", "Yevgeniya Qrande", "Qorio ata", "Sezar Biroto", "İtirilmiş illüziyalar", “Vadidəki zanbaq” və digər romanlar daxildir.
Yazdığı yüzdən artıq roman və pyesləri birlikdə "İnsan komediyası" (La Comédie humaine) adı altında tanınır. Bu əsərlər toplusu və ya seriyası 1815-ci ildə Napoleon Bonapart Fransasının süqutundan sonrakı dövr fransız cəmiyyətinin, xüsusilə də burjua təbəqəsinin komik-satirik mənzərəsini canlandırır.
Digər fransız yazıçısı Qustav Flober ilə birgə Avropa ədəbiyyatında realizm məktəbinin əsasını qoyub. Balzakın pyesləri bir qayda olaraq oxucuda gülüş doğurmaqla yanaşı, aydın ifadə olunmuş rəngarəng obrazlar və pərdələrdəki hər bir səhnənin nəfis təsviri tamaşaçıda xüsusi maraq oyadır.
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Balzakın əsərləri bəşəriyyətin bədii inkişafında irəliyə doğru nəhəng bir addımdır.
Onore de Balzakın yaratdığı əsərlər çox rəngarəng və çox maraqlı olduğu kimi, onun sevgisi və evlənməsi də diqqət çəkmişdir. Belə ki, Onore de Balzak, sən demə, Rusiyada yaşayan polyak əsilli bir zadəgan qadın E. Qanskaya ilə yazışır, məktublaşırmış. Maraqlı olan odur ki, bu yazışma nə az, nə çox, düz 18 il davam edir.
Uzun yazışma və görüşlərdən sonra nəhayət 1850-ci ildə Balzak və Evelina evlənmək qərarına gəlirlər. Toy 1850-ci il 14 mart səhər saat 7-də Müqəddəs Varvarada baş tutur. Lakin bu evlilik çox uzun sürmür. Evləndikdən cəmi 5 ay sonra yazıçı 1850-ci il avqust ayının 18-də dünyasını dəyişib.
Onore de Balzakın müdrik kəlamlarını sizə təqdim edirik:
Arxitektura, xasiyyətlərin ifadəsidir.
Duyğuların zərifliyi ilə manera zərifliyi həmişə üst-üstə düşmür.
Ağrı, bəlkə də, həddindən artıq zövqdən başqa bir şey deyil.
Kişilərin əksəriyyəti skripka çalmağa cəhd edən oranqutanları xatırladır.
Ola bilsin ki, fəzilət mənəvi zəriflikdən başqa bir şey deyil.
Bürokratiya, piqmeylər tərəfindən hərəkətə gətirilən nəhəng mexanizmdir.
Güclü xarakterlə, təmiz əxlaqla və xeyirxahlıqla müşayiət olunan sərtliyə qarşı nifrət olmur.
Vaxt, zehni əmək işçisinin kapitalıdır.
İnsanın bütün bacarığı səbir və vaxtın vəhdətindən başqa bir şey deyildir.
Dəlilik etsən belə, etdiyin şeyi yaxşı etmək lazımdır.
Yazıçı ustalığının ən yüksək səviyyəsi fikri obrazda ifadə etməkdir.
Axmaqlıq iki cür olur: susqun və boşboğaz.
Kədər, bütün hisslərimizin ən dəyanətlisidir.
Ağlın işığı ilə işıqlandırılmayan fəzilət zərər verə bilər.
Əgər hər zaman tək danışacaqsansa, hər zaman da haqlı olacaqsan.
Əgər arvad qənaətdən danışarsa, deməli, sizin səhmləriniz qiymətdən düşməyə başlayıb.
Əgər özünüzə inanmırsınızsa, dahi ola bilməzsiniz.
Şairlər iki cür olur: hiss edənlər, bir də ifadə edənlər. Birincilər daha çox xoşbəxtdirlər.
Qadın instinkti böyük insanların uzaqgörənliyinə dəyər.
Ərinə gülən qadın, artıq onu sevmir.
İncəsənət, millətin libasıdır.
Həqiqi alim xəyalpərəstdir. Həqiqi olmayan alim isə özünü praktik adlandırır.
Bütün elmlərin açarı sual işarəsidir.
Danışmağa söz olmayanda çox danışırlar.
Hər yerdə olan kəsin şəxsiyyətinə heç yerdə maraq göstərilmir.
Bütün qadınları sevən qadınların heç birini qısqanmır.
Kim çox sübut edirsə, heç nə sübut etmir.
Qadını idarə etməyi bacaran dövləti də idarə edə bilər.
İkiüzlülük, xidmət etməyə öyrəşmiş insanlara hörmət hissi aşılayır.
Lovğa təbiət üçün sevgi, Yer üçün Günəş kimidir.
Qəddarlıq və qorxu bir-birinin əlini sıxan hisslərdir.
Hər zaman evdə olmaq imtiyazı yalnız padşahlara, qızlara və oğrulara aiddir.
Zəifliyini qəbul edən insan güclənir.
Bərabərlik hüquq ola bilər, amma heç bir güc onu fakta çevirə bilməz.
Ana ürəyi - dərinliyində həmişə bağışlanma tapılacaq bir uçurumdur.
Ciddilik, xarakterin əsasıdır.
Güclü həyat sarsıntıları kiçik qorxulara şəfa verir.
Kədər sonsuz, sevinc isə məhduddur.
Şübhələnmək, gücün itirilməsi deməkdir.
Məqsədə çatmaq üçün əvvəlcə getmək lazımdır.
Qozbellərin olduğu yerdə gözəl bədən quruluşu eybəcər görünür.
Şöhrət sərfəli mal deyildir: qiyməti baha, saxlanılması isə pis.
Kolleksiya toplamaq həvəsi zehni pozuntunun ilk mərhələsidir.
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub