XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti, unudulmaz xanəndə Rübabə Muradovanın anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
28/08/2023 00:51

Rübabə Muradova 1933-cü il martın 22-də İranın Ərdəbil şəhərində anadan olub. Az müddət Sabirabad Dövlət Dram Teatrında işləyib. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət edib. 1951-1955-ci illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində (Seyid Şuşinskinin sinfində) təhsil alıb. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olub.

Opera və Balet Teatrında səhnəyə qoyulan “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Koroğlu” və digər operaların baş rollarında çıxış edib, unudulmaz obrazlar yaradıb.

Xalqın sevimlisi Rübabə Muradova 28 avqust 1983-cü ildə 50 yaşında Bakıda vəfat edib və Yasamal rayonunda yerləşən qəbiristanlıqda dəfn edilib.

Baxış sayı: 147