XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Könül Xasıyevanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
17/03/2023 00:33

Könül Xasıyeva 1968-ci il mart ayının 17-də Şəkidə anadan olub.

Könül Xasıyeva 1981-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə təşkil olunmuş "Gənclərin ümum respublika baxış" müsabiqəsinin qalibi olub. 1981-1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Xalq artisti Şövkət Ələkbərovanın tələbəsi olub.

1986-1991-ci illərdə təhsil aldığı və məzun olduğu Azərbaycan Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası) Xalq artisti Arif Babayevin tələbəsi olub.

Azərbaycanın bütün şəhər və rayonlarında, eləcə də Türkiyə, Almaniya, Fransa, İsveçrə, İtaliya, İran, Rusiya və s. kimi ölkələrin şəhərlərində iştirak edib. Dövlət tədbirlərində, ictimai tədbirlərdə, cəbhə və döyüş bölgələrində böyük konsert çıxışları olub.

Könül Xasıyeva “Azərbaycan Respublikasının əməkdar artisti”, “Azərbaycan Respublikasının xalq artisti” fəxri adlarına layiq görülüb.

Baxış sayı: 1435