XƏBƏRLƏR
MƏLUMAT
Bu gün rəssam Qəzənfər Xalıqovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
16/12/2020 00:08

Qəzənfər Xalıqov 1898-ci il dekabrın16-da Bakı yaxınlığındakı Qobu qəsəbəsində anadan olub. 1928-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumundan məzun olub.

1929–1930-cu illərdə "Molla Nəsrəddin", 1953–1958-ci illərdə "Kirpi" jurnallarında, "Gənc işçi" qəzetində karikaturaçı rəssam kimi fəaliyyət göstərib. 1934-cü ildə Firdovsinin 1000 illik yubileyi sərgisi üçün "Firdovsinin dəfni" əsərini yaradıb. 1940-cı ildə Nizami Gəncəvinin 800 illik yubileyi ilə bağlı "Nizaminin portreti" əsərini ərsəyə gətirərək şairin portretini yaratmış ilk rəssam olur. "Leyli və Məcnun", "Əsli və Kərəm" kimi tamaşaların səhnə və geyim tərtibatını vermişdir. O, bir sıra plakat, teatr eskizləri, qrafik silsilələrin ("Neft") müəllifidir.

Abşeron rayonunun Qobu qəsəbəsində Qəzənfər Xalıqovun şərəfinə orta məktəb və küçə adlandırılıb. "Xosrov və Şirin" (1940), "İsgəndərnamə" (1953) akvarel işləri Azərbaycan Milli İncəsənət Muzeyində, "Nizaminin portreti" Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, 17 əsəri isə Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılır.

Baxış sayı: 530