Cahan Talışinskaya 1909-cu ildə fevral ayının 9-da Lənkəran şəhərində anadan olub. O, Mir Rzaxan Talışinski ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovanın qızı olub. 1918-ci ildə onun ailəsi Bakıya köçüb. Cahan böyük bacısı Bilqeyis xanımın evində qalıb. Bilqeyis xanım "Yeni yol" qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun həyat yoldaşı olub.
O, Azərbaycan qızlar seminariyasına qəbul olub və eyni zamanda musiqi və vokal ilə maraqlanıb. Bacısının evində piano var idi və Cahanın gözəl musiqi qabiliyyəti olduğundan tanış melodiyaları pianoda çalıb. Beləliklə, xüsusi musiqi savadı olmadan o, pianoda və tarda gözəl ifa edə bilib. Xanəndənin oğlu, Azərbaycanın Əməkdar memarı Nazim Məmməd oğlu Hacıbəyov öz xatirələrində Cahan xanımın hər hansı bir alətdə, istər qarmon, istər fleyta, istər qaval olsun, necə asanlıqla çalmağından danışıb.
Seminariyada oxuduğu illərdə Cahan xanım o dövrdə Əli Bayramov adına klubun nəzdində təşkil olunan bədii özfəaliyyət dərnəyində iştirak etməyə başlayıb. 1927-ci ildən Bakı şəhərinin radio şəbəkəsində işə daxil olur, sonra Dövlət estradası və nəhayət 1934-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. Bu dövr Cahan Talışinskayanın həyatında yaradıcılıq yüksəlişi olub. Onun adı musiqisevərlərin və mütəxəssislərin dilindən düşməyib.
Cahan xanım xalq mahnılarının və Azərbaycan muğamlarının gözəl ifaçısı olub. Müasirlərinin xatirələrində deyildiyi kimi, onun ifa etdiyi “Şahnaz”, “Segah”, “Bayatı-Şiraz” və həmçinin “Qarabağ şikəstəsi” muğamları dinləyicilərin gurultulu alqışları ilə müşayiət olunub. Lakin “Qatar” muğamı onun ifa etdiyi şah əsəri olub. Çox vaxt onu belə də adlandırıblar – Qatar Cahan. Cahan xanımın səsinin geniş diapazonu, virtuoz səs aparatına malik olması bu texniki cəhətdən mürəkkəb olan muğamı onun ifasında təkrarolunmaz edib. O dövrdə Cahan xanım Cabbar Qaryağdıoğlu, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva, Qurban Pirimov, Zülfü Adıgözəlov kimi görkəmli xanəndələr ilə konsert proqramlarında iştirak edib.
Bundan əlavə, o dövrdə Cahan xanım özünü istedadlı folklorçu kimi göstərib. Çox az adama məlumdur ki, "Qubanın ağ alması", "Uca dağlar", "Dəli Ceyran", "Kürdün gözəli" kimi bir çox populyar xalq mahnıları məhz ilk dəfə onun ifasından yazılaraq, dillər əzbəri olub. Bu mahnıları Azərbaycanın rayonlarına etdiyi qastrol səfərlərində toplayaraq, bütün vasitələrdən istifadə edərək, yeni melodiyaları yadda saxlayaraq onu dinləyicilərə oluğu kimi çatdırıb. Belə ki, müğənninin oğlunun xatirələrinə görə, Cahan xanım bu mahnılardan bəzilərini ucqar dağ rayonlarında, çay qırağında paltar yuyan bir qadından eşidərək yazıb. İndi məşhur "Qubanın ağ alması" mahnısını isə ona akademik Mustafa bəy Topçubaşovun həyat yoldaşı Reyhan xanım oxuyub.
1933-cu ildə “Şərq musiqi” ansamblının tərkibində Cahan xanım Moskva, Leninqrad və Kiyev şəhərlərinə qastrol səfərlərinə çıxır. 1936-cı ildə isə o yenə Moskva və Leninqrad qastrolları zamanı Ümumittifaq yazı studiyasında “Qatar” və “Segah” muğamlarını, “Uca dağlar” və “Yeni kənd” mahnılarını lentə aldırır. Müharibədən əvvəlki bu illərdə Cahan xanım tamaşaçıların hədsiz rəgbətini və məhəbbətini qazanıb. Onu hər yerdə tanıyıblar. Çox açıq ürəkli, şən, mehriban insan olan Cahan xanımın saysız-hesabsız dost və tanışları var idi. Bunlardan – Səid Rüstəmov, Bülbül, Həqiqət Rzayeva, Şovkət Məmmədova, Şəmsi Bədəlbəyli, Yavər Kələntərli, aktyorlardan Mustafa Mərdanov, Sona Hacıyeva, Əzizə Məmmədova, Fatma Qədiri, Mərziyə Davudova kimi bir çox məşhur adamların adını çəkmək olar.
1937-ci ilin repressiyaları Cahan Talışinskayanı da rahat buraxmayıb. Cahan xanıma 1938-ci ildə Moskvada keçirilən ilk Azərbaycan incəsənət ongünlüyündə iştirak etməyə icazə verilməyib. Onun adı iştirakçılar siyahısından silinib. Buna baxmayaraq 1939-cu ildə estrada artistlərinin Birinci Ümumittifaq müsabiqəsinə yollanan Cahan xanım Klavdiya Şuljenko, Olqa Lepeşinskaya və Tamara Sereteli ilə yanaşı, bu müsabiqənin laureatı olub. 1940-cı ildə Cahan Talışinskaya “Respublikanın Əməkdar artisti” adını alıb. 33 yaşında o, artıq yaradıcılığının yüksək zirvəsinə çataraq xalq tərəfindən sevilib. 1942-ci ildə onu 14 yaşlı oğlu ilə birlikdə Qazaxıstanın Petropavlovsk rayonuna sürgün ediblər. Bir sıra xahiş ərizələrindən sonra Cahan xanım Özbəkistanın əvvəlcə Çimkənt, sonra isə Daşkənd şəhərinə köçüb və oğlu Nazimi Bakıya, öz qardaşı, məşhur professor, travmatoloq Əbülfət Talışinskinin yanına göndərib. Daşkənddə Cahan xanım şəhər filarmoniyasında solist ifaçı kimi çalışmağa başlayıb. Sonra Tbilisi şəhərində incəsənət işləri üzrə idarəyə təyinat alıb. Beləliklə, Cahan xanım Tbilisi şəhərində Azərbaycan teatrının səhnəsinə qayıdır. Burada o Leyli (“Leyli və Məcnun”), Telli (“Arşın mal alan”), Əsli (“Əsli və Kərəm”), Şahsənəm (“Aşıq Qərib”) rollarında iştirak edir və müvəffəqiyyət qazanır.
Bir müddətdən sonra Vətənə qayıdan sənətkar Musiqili Teatrın direktoru və bədii rəhbəri Şəmsi Bədəlbəylinin dəvəti ilə parlaq komediya aktrisası kimi bu teatrın səhnəsində maraqlı obrazlar qalereyası yaradır. Onun təbiətində olan şən əhval-ruhiyyə yenidən canlanır. Deyilənə görə, tamaşaçılar o dövrdə Musiqili Komediya Teatrına “Talışinskayanın teatrı” adı ilə gedirdilər. Onun “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Gözün aydın”, “Durna” operettalarında yaratdığı Telli, Sənəm, Nargilə, Lalə obrazları o qədər parlaq və yadda qalan idi ki, tamaşaçılar onu səhnəyə dəvət edir, hətta, mahnı və ariyaları bir neçə dəfə ifa etməsini tələb ediblər. Sənəm rolunun ifası zamanı “Segah” muğamı üzərində edilən improvizə zalda gurultulu alqışlara səbəb olub. 1949-cu ildə repressiya və sürgünlərin yeni dalğası başlanır. Cahan Talışinskaya oğlu ilə Daşkəndə sürgün edilir. Yalnız 1954-cü ildə Stalinin ölümündən və M.C.Bağırovun həbsindən sonra Cahan xanımın və onun oğlunun azad olunması barədə qərar qəbul olunur. Cahan xanım Daşkənddə yaşamağı davam edir. 1966-cı ildə Daşkənddə baş verən zəlzələ onların Vətənə qayıtmağına təkan verib. Cahan xanım və ailəsi təcili Bakıya qayıdırlar.
Cahan xanım bir il sonra 1967-ci ildə vəfat edir. Pianoda çalıb oxuduğu zaman iflic nəticəsində həyatını dəyişir.
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub