XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın Əməkdar incəsənət xadimi Sabit Rəhmanın anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
23/09/2020 05:41

Azərbaycan yazıçısı, dramaturq, Azərbaycanın Əməkdar incəsənət xadimi Mahmudov Sabit Kərim oğlu (Sabit Rəhman) 26 mart 1910-cu ildə Şəki şəhərində anadan olub.

Ədəbi fəaliyyətə 1926- 1927- ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlayıb.  İlk hekayələr məcmuəsi - "Pozğun" 1931-ci ildə dərc olunub.

Yazıçı bir çox hekayə və pyeslərin müəllifidir.

Sabit Rəhman Azərbaycan komediyasının banilərindən hesab edilir. O, dünyaca məşhur “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Koroğlu”, “Əhməd haradadır?” filmlərinin, “Ulduz”  musiqili komediyasının ssenarilərinin, “Yeddi gözəl”  baletinin librettosunun müəllifidir.

1943-cü ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi adına layiq görülüb, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunub.

Şəki dram teatrı S.Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində  adına küçə var.

Sabit Rəhman bəstəkar Emin Sabitoğlunun atası, musiqişünas Ceyran Mahmudovanın babasıdır.

Sabit Rəhman 1970-ci il 23 sentyabrda Bakıda vəfat edib.

 

Baxış sayı: 372