XƏBƏRLƏR
MƏLUMAT
“Ulu Öndər xatirələrdə” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/12/2024 15:00

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu Öndər xatirələrdə” adlı tədbir keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasi fəaliyyəti, həmçinin Azərbaycan incəsənətinə, mədəniyyətinə göstərdiyi qayğı və diqqətdən bəhs edilib.

Sonda musiqi məktəbinin şagirdlərinin ifasında Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirilib, musiqilər ifa olunub.

Baxış sayı: 306