XƏBƏRLƏR
MƏLUMAT
Tanınmış müğənni Sevda Yahyayeva ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
28/05/2025 21:39

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində tanınmış müğənni Sevda Yahyayeva ilə görüş keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə tanınmış müğənninin həyat və fəaliyyəti haqqında məlumat verilib, ona məşhurluq gətirən mahnılarından söhbət açılıb.

Daha sonra Sevda Yahyayeva sevilən mahnılarını səsləndirib, tamaşaçıların ona ünvanladığı sualları cavablandırıb.

 

Baxış sayı: 69