XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Tbilisidə təşkil olunan kitab sərgisində təmsil olunur
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2025 15:44

Mayın 29-da Tbilisidəki "Expo Georgia" sərgi mərkəzində XXVII Beynəlxalq Kitab Festivalı açılıb.

AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək sərgidə Azərbaycan da iştirak edib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılmış guşədə ölkəmizdə son illərdə çap olunmuş kitablar və müxtəlif nəşr məhsulları nümayiş olunub. Sərgidə Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edib. Tədbirin ilk günü "Azərbaycanda kitab mədəniyyəti" adlı panel müzakirəsi keçirilib.

Festival çərçivəsində müəlliflərlə görüşlər, kitab təqdimatları və ədəbi müzakirələr təşkil olunacaq.

Tbilisi Beynəlxalq Kitab Festivalı ənənəvi olaraq 1998-ci ildən etibarən reallaşıb. Tədbirin əsas məqsədi mütaliənin təşviqi, nəşriyyat sektorunun dəstəklənməsi və regional tərəfdaşlığı genişləndirməkdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

Baxış sayı: 226