XƏBƏRLƏR
MƏLUMAT
Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olacaq
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2025 14:37

İyunun 7-də Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrının “Artstudiya” teatr studiyasında birhissəli mistik faciə janrında hazırlanan “Solğun çiçəklər” tamaşasının premyerası olacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın bədii rəhbəri Əməkdar artist Nicat Kazımov, quruluşçu rejissoru Səbinə Məmmədzadə, quruluşçu rəssamları Elmira Üzeyirova, Təhminə Sadıqova, bəstəkarı isə Emil Elmanoğludur.

Səhnə əsərində Əməkdar artist Leyli Vəliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Aygün Fətullayeva və Ümman Budaqov iştirak edirlər.

Qeyd edək ki, Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri Saranın əmisi oğluna olan saf məhəbbətindən və Saranın analığı Gülnisənin, bacısı Pərinin ona qarşı olan amansızlığından, ögey münasibətindən bəhs edir. Şəxsi maraqları naminə əmisioğlu Bəhram tərəfindən atılan Saranın gələcəyə dair ən gözəl ümidləri də puça çıxır.

 

Baxış sayı: 45