XƏBƏRLƏR
MƏLUMAT
“Azərbaycan rəssamlığında Toğrul Nərimanbəyovun yeri və önəmi” adlı mühazirə keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
26/05/2025 11:56

29 may 2025-ci il tarixində saat 16:00-da Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli fırça ustası, Xalq rəssamı Toğrul Nərimanbəyovun 95 illik yubileyinə  həsr olunmuş “Azərbaycan rəssamlığında Toğrul Nərimanbəyovun yeri və önəmi” adlı mühazirə keçiriləcək.

AMİM-nin Sərgi və tərtibat şöbəsinin böyük elmi işçisi, sənətşünas Vaqif Muğallı tərəfindən təqdim ediləcək mühazirədə böyük sənətkarın keçdiyi zəngin həyat və sənət yolundan, özünəməxsus üslubundan, təsviri sənətimizə verdiyi əvəzsiz töhfələrdən, monumental və dəzgah rəngkarlığı sahəsində yaratdığı əsərlərdən, kolleksiyamızda dəyərli yer tutan tablolarından bəhs olunacaq

Giriş sərbəstdir.

Baxış sayı: 58