XƏBƏRLƏR
MƏLUMAT
28 May -Müstəqillik Gününə həsr edilmiş bayram konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
28/05/2025 22:01

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Xətai rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Xətai rayon Heydər Əliyev parkında bayram konserti keçirilib.

28 May -Müstəqillik Gününə həsr edilmiş tədbirdə rəsmilər, Vətən müharibəsi qəhrəmanları , şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Böyük bayram təntənəsi və coşqu ilə keçən konsertdə tanınmış incəsənət ustaları və gənc müğənnilər çıxış ediblər.

 

Baxış sayı: 70