XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 111 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
26/05/2025 10:31

İlyas Əfəndiyev Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. “Yeni yol”, “Ədəbiyyat qəzeti” redaksiyalarında, Azərbaycan Dövlət Radio Komitəsində, Bakı kinostudiyasında, “Azərnəşr”də çalışıb. İlyas Əfəndiyevin zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və s. roman və povestləri, dramaturgiyasına “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və s. daxildir. “Tənha iydə ağacı” pyesi ilə ilk dəfə mühacirət mövzusunu ədəbiyyata gətirib. O, Dövlət mükafatı, “Şöhrət” ordeni ilə təltif edilib.

İlyas Əfəndiyev 1996-cı ildə vəfat edib.

İçərişəhərdəki küçələrdən birinə və “Elitar” Gimnaziyaya onun adı verilib. Ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə İlyas Əfəndiyevin “Seçilmiş əsərləri”nin yeddi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə üçcildliyi nəşr edilib.

Baxış sayı: 61