XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Milli Kitabxanasının 102 illiyi münasibətilə virtual sərgi hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2025 12:02

Azərbaycan Milli Kitabxanasının 102 illiyi münasibətilə kitabxananın əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazası, eyniadlı virtual sərgivə ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Milli Kitabxanası” adlı elektron məlumat bazası “Rəsmi sənədlər”, “Milli Kitabxana haqqında”, “Ümummilli Lider Heydət Əliyev Milli Kitabxanada”, “Milli Kitabxananın layihələri”, “Görkəmli şəxsiyyətlər Milli Kitabxana haqqında”, “100 illiklə bağlı yubiley tədbirləri”, “Kitabxananın nəşrləri”, “Milli Kitabxana nəşrlərdə”, “Beynəlxalq əlaqələr”, “Onlayn xidmətlər”, “Fotoqalereya”, “Videoqalereya” və s. bölmələrdən ibarətdir.

Kitabxananın əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə isə Milli Kitabxana haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, görkəmli şəxslərin fikirləri, fotolar, kitabxananın nəşrləri, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.

Ənənəvi sərgidə isə Milli Kitabxananın nəşr etdiyi “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası ilə çap olunan biblioqrafiyalar, “Bərpanəşr” seriyası, “Milli musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” seriyası ilə çap olunan musiqi notları, Milli Kitabxananın iş prosesi, sənəd-informasiya fondunun formalaşdırılması, elektron resursların yaradılması, biblioqrafik informasiya mənbələrinin yaradılması və nəşriyyat fəaliyyəti, kitabxananın beynəlxalq əlaqələri, ölkədaxili və beynəlxalq kitab mübadiləsi və s. haqqında ədəbiyyatlar sərgilənir.

Baxış sayı: 28