
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasının şagirdlərinin 28 May - Müstəqillik Gününə həsr olunmuş elmi-ifaçılıq konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Ümummilli Lider, müasir və müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin müstəqilliyimiz haqqında çıxışının videoyazısı ilə başlayıb.
Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov xalqımızın müstəqillik uğurunda apardığı mübarizədən bəhs edib.
Məktəb-studiyanın elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aytən Baxşiyeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, klassik musiqinin təbliğinə göstərdiyi böyük diqqət və qayğısı haqqında danışıb və elmi-ifaçılıq konfransların mahiyyətini vurğulayıb. Qeyd edib ki, elmi-ifaçılıq konfransları ilk dəfə məktəb-studiyanın yaradıcısı və rəhbəri mərhum professor Tərlan Seyidov tərəfindən bir layihə kimi irəli sürülüb. Həmin ənənə bu günə qədər məktəb-studiyanın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədova tərəfindən qorunub saxlanılır.
Daha sonra məktəbin şagirdləri, gənc məruzəçilər Hüseyn Quliyev (fortepiano), Rauf Bağırzadə (fortepiano), Elşad Məmmədli (truba), Cəlalə İsmayılzadə (fortepiano), Araş Seyfpour (fortepiano), Rasim Əfəndiyev (vokal) elmi-ifaçılıq konfransında çıxışlarında ifa etdikləri dünya klassiklərinin (Edvard Qriq, Friderik Şopen, Viktor Kalinnikov, İohann Sebastyan Bax, Volfqanq Amadey Motsart və Tofiq Quliyev) əsərlərinin musiqili təhlilini təqdim edərək, müəllimlərin onlara ünvanlanan suallarını cavablandırıblar.
Məktəbin direktoru Sevda Məmmədova, musiqişünas Vəfa Həmidova çıxış edərək şagirdlərə və onları hazırlayan müəllimlərə böyük uğurlar arzulayıb, yaradılan şəraitə görə muzeyin rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.
Sonra iştirakçılar muzeylə yaxından tanış olublar, maestro Niyazinin həyat və yaradıcılıq yolu haqqında geniş məlumat əldə ediblər.
Beləliklə, şagirdlər həm elmi-ifaçılıq konfransda çıxışları ilə özlərinin musiqi biliklərini göstərib, həm də ekskursiya vasitəsilə maarifləniblər.





- 19:03 28 nömrəli Uşaq Musiqi Məktəbində tədbir keçirilib
- 16:47 “Müstəqillik - qürur tarixidir” mövzusunda tədbir keçirilib
- 16:30 “28 May-Şanlı tariximiz” adlı mühazirə keçirilib
- 16:03 “Vətənlə döyünən ürək” adlı tədbir keçirilib
- 15:53 “Mən, Lalə, bir də Şerlok Holms” serialının yaradıcı və aktyor heyəti ilə görüş keçirilib
- 15:28 Kitabxana 28 May-Müstəqillik Günü ilə əlaqədar tədbir keçirib
- 14:33 “Barokko musiqisi” adlı tədbir keçirilib
- 14:13 Rafiq Babayev adına 25 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edilib
- 12:21 Azərbaycan nümayəndə heyəti Çexov adına Beynəlxalq Teatr Festivalında fəxri qonaq olub
- 12:03 37 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 11:14 Müstəqillik Gününə həsr olunmuş konfrans-ekskursiya
- 09:51 Azərbaycan Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim edilib
- 09:14 Tacikistan və Özbəkistanın mədəniyyət xadimləri birgə opera üzərində işə başlayıblar
- 16:15 “Azərbaycanım” beynəlxalq rəsm festivalı təşkil olunub
- 14:28 “Şanlı tariximiz – Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda dəyirmi masa keçirilib
- 14:25 TRT radiosunda 28 May - Müstəqillik Gününə həsr olunan proqram yayımlanıb
- 12:30 Baş İdarə Lənkəran Dövlət Dram Teatrında tamaşalar təqdim edib
- 12:14 S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin sinif konserti keçirilib
- 12:07 Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddə “Kitab həftəsi”ndə iştirak edib
- 12:05 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
- 11:56 “Azərbaycan rəssamlığında Toğrul Nərimanbəyovun yeri və önəmi” adlı mühazirə keçiriləcək
- 10:31 Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 111 ili tamam olur
- 09:50 “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisi Ankarada!
- 09:23 Praqada Azərbaycan mədəniyyəti axşamı formatında növbəti sərgi açılıb
- 09:19 Azərbaycan ilə Gürcüstan arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 17:09 Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüşlər davam edir
- 16:40 “Hadrut, sən azadsan!” sənədli filmi nümayiş olunub
- 15:26 Rəssamlıq Akademiyasının müəllim və rəssamlarının əsərləri İstanbulda sərgilənir
- 12:42 Tanınmış şair Vaqif Bəhmənliyə həsr olunmuş elektron məlumat baza hazırlanıb
- 12:08 Gözdən Əlil Uşaqlar üçün 38 nömrəli onbirillik Musiqi məktəbi hesabat konserti keçirib
- 12:02 Azərbaycan Milli Kitabxanasının 102 illiyi münasibətilə virtual sərgi hazırlanıb
- 11:30 Suraxanı rayon Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev və Azərbaycan” adlı layihəsi davam edir
- 11:17 Əməkdar mədəniyyət işçisi Fikrət Sadığın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 09:23 Moskvada “İRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb
- 09:14 Musiqi müəllimlərinin attestasiyası ilə bağlı infotur təşkil olunub
- 17:15 Niderlandda “Azərbaycan xalçalarının möhtəşəmliyi: Sənət vasitəsilə öyrənmək” mövzusunda xalça sərgisi açılıb
- 15:02 Azərbaycanın zəngin musiqi irsi Mərakeşin qədim Fes şəhərində uğurla təqdim olunub
- 14:25 “Ulduz”lu may
- 12:05 Milli Kitabxanada “Professor Nizami Tağısoy” adlı kitab sərgisi açılıb
- 11:40 36 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 11:19 Bu gün Xalq Artisti Aqşin Əlizadənin anadan olmasının 88 ili tamam olur
- 10:15 Bu gün Xalq Artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun anadan olmasının 107 ili tamam olur
- 10:07 "Qara Qarayevin işığında" adlı konsert keçirilib
- 09:43 33 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 09:19 Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti keçirilib
- 09:15 Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb
- 17:08 Tacikistan Milli Muzeyində görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş sərgi açılıb
- 17:07 “Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
- 15:29 Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin kitablarının təqdimatı olacaq
- 15:18 Azərbaycan Astanada keçirilən forumda muzey eksponatlarının konservasiyası təcrübəsini bölüşür
- 14:20 Milli Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim olunacaq
- 13:10 24 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 12:09 Düşənbədə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açılıb
- 11:35 Milli Kitabxanada tanınmış şair Vaqif Bəhmənlinin 70 illik yubileyi münasibətilə kitab sərgisi açılıb
- 11:32 “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” mövzusunda təlimlər davam edir
- 09:26 Özbəkistanın Fərqanə vilayətində Üzeyir Hacıbəylinin 140 illiyi ilə əlaqədar konsert təşkil edilib
- 09:20 Özbəkistan universitetində Seyid Əzim Şirvani adına auditoriya açılıb
- 09:17 Amasyada Türkiyə türkcəsinə çevrilmiş Azərbaycan xalq nağıllarının təqdimatı olub
- 16:56 “Hüquqi dövlət, suveren ölkə” adlı dəyirmi masa keçirilib
- 16:29 Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir