XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan nümayəndə heyəti Çexov adına Beynəlxalq Teatr Festivalında fəxri qonaq olub
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2025 12:21

Azərbaycan teatr xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Moskvada keçirilən Çexov adına Beynəlxalq Teatr Festivalının təntənəli açılış mərasimində Fəxri qonaq qismində iştirak edib.

Heyətə Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin üzvü İlham Əsgərov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov və Akademik Milli Dram Teatrının Ədəbi hissə müdiri, Teatr Xadimləri İttifaqının üzvü Cavid Zeynallı daxil olub.

Akademik Milli Dram Teatrından AZƏRTAC-a bildirilib ki, festivalın açılış mərasimi Kreml Sarayında Çin Xalq Respublikasının "Poetik rəqs: əfsanəvi mənzərənin səyahəti" rəqs-tamaşası ilə olub.

İyulun 25-dək davam edəcək festivalda Hindistan, Kolumbiya, İran, Braziliya, Qazaxıstan, Argentina və başqa ölkələr tamaşa ilə çıxış edəcəklər.

Baxış sayı: 34