XƏBƏRLƏR
MƏLUMAT
“Şanlı tariximiz – Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/05/2025 14:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və YAP Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 may - Müstəqillik Günü ilə əlaqədar “Şanlı tariximiz – Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda dəyirmi masa keçirilib.  

Tədbirdə rəsmilər, elm adamları, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər iştirak ediblər.                         

İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsinin önünə gül dəstələri qoyaraq əziz xatirəsini yad ediblər.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca əlamətdar günlə bağlı videoçarx nümayiş olunub.

Çıxışçılar müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixi, keçdiyi inkişaf yolu, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələr barədə məlumat veriblər. Ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs ediblər.

 

Baxış sayı: 80