XƏBƏRLƏR
MƏLUMAT
Tanınmış memar, alim, professor Ramiz Əbdülrəhimov
ÜMÜMİ XƏBƏRLƏR
29/06/2021 01:15

Ramiz Həmid oğlu Əbdülrəhimov 1940-cı il iyun ayının 29-da Bakı şəhərində anadan olub.

1964-cü ildə Azərbavcan Politexnik İnstitutunun (indiki ATU) inşaat fakültəsinin memarlıq ixtisasını bitirib.

1962-1965-ci illərdə Azərbaycan “Kəndlayihə” İnstitutunda memar, 1965-1967-ci illərdə Azərbaycan Politexnik İnstitutunda assistent kimi çalışıb, 1967-1971-ci illərdə Moskva İnşaat Fizikasi və Memarlıq Akademiyasının aspirantı olub.

1971-ci ildə texnika elmlər namizədi, 1996-cı ildə isə memarlıq doktoru dissertasiyalarını müdafiə edib.

1977-ci ildə dosent, 1985-ci ildə professor elmi adını alıb.

Ramiz Əbdülrəhimov pedaqoq, layihəçi memar, elmi tədqiqatçıdır. Elmi tədqiqatları memarlıq fizikası, salonların akustikası, konstruksiyaların səs izolasiyası, səs-küy ilə mübarizə və mühitin ekologiyasıdır. Eyni zamanda memarlıq tarixi və abidələrin bərpa problemi məsələləri ilə məşğuldur. Memarın 70-ə yaxın layihəsi həyata keçirilib.

1975-1977-ci illərdə Berlin və Drezdendə elmi tədqiqatçı kimi fəaliyyət göstərib, 1979-1993-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsinin dekanı olub.

1993-1996-cı illərdə İstanbul Texniki Universitetinin, 1996-2008-ci illərdə Qaradəniz Texniki Universitetinın professoru olub.

2008-ci ildən bu günə qədər Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorudur.

1976-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür (Əvvəl rəyasət heyətinin üzvü olub, indi isə idarə heyətinin üzvüdür).

1986-cı ildə Azərbaycan SSR “Əməkdar ali məktəb işçisi” fəxri adına layiq görülüb, 1991-ci ildə Azərbaycan Dövlət Mükafatı laureatı olub.

1992-ci ildə Şərq Ölkələri Beynəlxaq Memarlıq Akademiyasının akademiki seçilib.

1994-cü ildən Turkiyə Memarlar və Akustiklər Cəmiyyətinin üzvü, 1999-cu ildən Avropa Akustiklər Cəmiyyətinin üzvü (European Acoustics Assosiation, EAA), 2003–cü ildən Beynəlxalq Ekologiya Akademiyasının akademiki, 2010-cu ildən Rusiya Beynəlxalq Memarlıq və İnşaat Akademiyasının akademikidir.

2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Baxış sayı: 683