XƏBƏRLƏR
MƏLUMAT
Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr edilmiş konsert keçirib
ÜMÜMİ XƏBƏRLƏR
12/06/2024 11:36

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi 15 İyun- Milli Qurtuluş Gününə həsr edilmiş konsert keçirib.

Konsertdə mədəniyyət işçiləri, musiqi və incəsənət məktəblərinin direktorları, musiqisevərlər iştirak ediblər.

Azərbaycan Milli Konservatoriyasında keçirilən tədbirdə çıxış edənlər Milli Qurtuluş Gününün tarixi və əhəmiyyəti barədə ətraflı məlumat veriblər.

Konsertdə məktəbin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini məharətlə səsləndiriblər.

Baxış sayı: 252