XƏBƏRLƏR
MƏLUMAT
“Ailə dəyərlərimizin gücləndirilməsi “ mövzusunda sərgi təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
25/10/2024 16:45

Oktyabrın 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət məktəbinin rəssamlıq şöbəsinin şagirdləri “Ailə dəyərlərimizin gücləndirilməsi “ mövzusunda sərgi təşkil ediblər.

Sərgidə balaca rəssamların ailə münasibətləri, soy - kökə bağlılıq, ailənin asudə vaxtları və digər mövzularda rəsmləri nümayiş olunub.

Baxış sayı: 56