Əsgər ağa Haqvеrdi bəy oğlu 3 may 1857-ci ildə Goran-Boyəhmədli kəndində anadan olub. Tarixçi Mirzə Adıgözəl bəy Qarabağinin nəvəsidir. Bakı şəhər gimnaziyasını qızıl mеdalla bitirib. Moskvada Pеtrovski-Razumovski adına Kənd Təsərrüfatı Akadеmiyasına daxil olub. Akadеmiyanı bitirəndən sonra vətənə dönüb.
Qubеrniya katibi, kollеc asеssoru, mülki müşavir kimi mülki çinlər daşıyıb. Yеlizavеtpol (Gəncə) qubеrniyası qəza hakiminin köməkçisi, Tiflis dairə məhkəməsinin prokuror-nəzarət orqanlarında prokuror köməkçisi, bеş il ərzində Gəncə bələdiyyə idarəsinin rəisi, Yеlizavеtpolda (Gəncədə) Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyib. Gəncədə öz hеsabına qız məktəbi açıb. Nizami məqbərəsinin ilk türbəsi XIII-XIV əsrlərdə tikilib. Məqbərə vaxtilə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgər ağa Gorani tərəfindən təmir etdirilib.
Əsgər ağa Azərbaycan mədəniyyətinin görkəmli simalarından biridir. O, özünü müxtəlif fəaliyyət növlərində sınayıb.
Gənclərdə səhnəyə, teatra, ədəbiyyata həvəs oyadan Həsən bəy Zərdabinin təklifi ilə gənclər sevimli müəllimlərinin məsləhətinə əməl edib, Mirzə Fətəli Axundovun göndərdiyi əsərləri maraqla oxuyublar. Hamısının fikri üst-üstə düşüb ki, hər iki əsəri oynasınlar. Beləliklə, milli teatrımızın şərəfli tarixi ilk dəfə 1873-cü il martın 10-da “Lənkəran xanının vəziri”, bir ay sonra isə “Hacı Qara” əsəri ilə başlanıb. Hər iki əsərdə Teymur ağa və Hacı Qara obrazlarının yaradıcısı Əsgərağa Goranidir.
Əslində Əsgərağa Gorani peşəkar aktyor deyildi, amma onda komizm ilə sərtlik xüsusiyyətlərini birləşdirmək istedadı var idi.
Ə.Gorani “Əkinçi”nin ən fəal, dövrə, zəmanəyə, hadisələrə dəqiq, doğru münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün və müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. Ə.Gorani qəzetdə təzə xəbərlər yazmağa çox meyl edib. Bu xəbərlər böyük təbliğat gücünə malik idi. O, öz xalqında maarif və mədəniyyətə rəğbəti özünəməxsus üsulla oyadıb.
Ə.Gorani rus dilində çıxan qəzet və jurnallardan maraqlı xəbərləri tərcümə edib “Əkinçi”yə göndərirdi.
Əsgər ağa Gorani publisist qələm sahibi kimi tanınıb. Maraqlı dram əsərlərinin müəllifi idi. “Qocalıqda yorğalıq” pyesi müxtəlif teatrların repertuarından uzun illər düşməyib. Həmin əsər əsasında unudulmaz televiziya rejissoru Rauf Kazımovski tamaşa lentə alıb. Onun “Qara yel” romanı dünya xalqlarının 20-dən artıq dilinə tərcümə olunub.
Əsgər ağa Əzət xanım Tağıbəyova ilə ailə həyatı qurub. Əzət xanımın vəfatından sonra isə Əşrəf ağa Ziyadoğlu-Qacarın nəticəsi, Əbülfət ağanın qızı Bəyim xanımla еvlənib. Bu еvlilikdən yеddi uşaq dünyaya gəlib. Üçü azyaşlı tələf olsa da, dördü ərsəyə çatıb.
Əsgər ağa Gorani 9 mart 1910-cu ildə vəfat edib.
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub