XƏBƏRLƏR
MƏLUMAT
“Zamanda səyahət” tamaşası nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
11/03/2026 12:34

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrında 10 mart – Milli Teatr Günü münasibətilə Aygün Həsənoğlunun "Gözlə məni, məktəb" pyesi əsasında Mehman Piriyevin və Rauf Huseynlinin quruluşunda "Zamanda səyahət" tamaşası nümayiş olunub .

Tamaşada valideyn - övlad münasibətlərinə toxunulur, uşaqlara maarifləndirici mesajlar verilir.

Tamaşada rolları Toğrul İsabəyli, Könül Şahbazova Qasımova, Niyaz İlyasoğlu, Gülər Ləzgiyeva, Niyaz Novruzov, Sənan Fərzəliyev, Fidan Əliyeva, Fatimə Qasımova, Gülər Məhərrəmova, Qurban Əhmədov, Aytən Səfərova, Ədalət Ağaverdizadə ifa edirlər.

Tamaşadakı musiqilərin bəstəkarı Yusif Rüstəmovdur.

Sonda teatrın direktoru və bədii rəhbəri, Əməkdar artist İntiqam Soltan tərəfindən teatrdakı fəaliyyətinə görə bir neçə əməkdaş Təşəkkürnamə ilə təltif edilib.

 

Baxış sayı: 24