XƏBƏRLƏR
MƏLUMAT
Xalq rəssamı Rafiq Nəsirov
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2021 01:21

Rafiq Əliş oğlu Nəsirov 27 may 1947-ci ildə Sabirabad şəhərində anadan olub.

Orta təhsilini başa vurduqdan sonra, 1961-1964-cü illərdə Politexnik Texnikumunu, 1964-1968-cu illərdə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib. Həmin ildən Cəfər Cabbarlı adına Azərbaycan Kinostudiyasında memar vəzifəsində işləyib. 1980-ci ildən isə kinostudiyanın dekorativ qurğular şöbəsinə rəhbərlik edib və quruluşçu rəssam kimi fəaliyyət göstərib. 2005-ci ildən "Azərbaycanfilm" kinostudiyasının baş rəssamı vəzifəsində çalışır.

Rafiq Nəsirov ötən illər ərzində 40-dan artıq bədii filmin quruluşçu rəssamı olub. Onlardan "Bədbəxtliyin astanasında" (film, 1977), "Əzablı yollar" (film, 1982), "Cin mikrorayonda" (film, 1985), "Bəyin oğurlanması" (film, 1986), "Araqarışdıran" (film, 1987), "Dəvətnamə" (film, 1989), "Sahilsiz gecə" (film, 1989), "Qəzəlxan" (film, 1991), "Otel otağı" (film, 1998), "Ovsunçu" (film, 2003), "Küçələrə su səpmişəm" (film, 2004), "Arzularını çəkən rəssam" (film, 2007), "Günaydın, mələyim!" (film, 2008), "Cavad xan" (film, 2009), "İstanbul reysi" (film, 2010) kimi filmləri qeyd etmək olar. 

1999-cu ildə "Azərbaycan Respublikasının Əməkdar rəssamı", 2007-ci ildə "Xalq rəssamı" fəxri adlarını alıb, 2003-cü ildə isə "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti Akademiyasının "Humay" mükafatı ilə təltif edilib. 2017-ci ildən Prezident təqaüdçüsüdür.

Baxış sayı: 551