
Azərbaycan kino tarixinin ən parlaq səhifələri tanınmış kino rəssamı Məmmədağa Hüseynovun adı ilə bağlıdır. Milli kinomuzun Qızıl Fonduna daxil edilmiş “Ögey ana” (E.Rzaquliyevlə birlikdə), “Böyük dayaq”, “Əhməd hardadır?”, “Bizim Cəbiş müəllim”, “Sehrli xalat”, “Nəsimi” (M.Ağabəyovla birlikdə) kimi filmlər M.Hüseynovun eskizləri əsasında çəkilib.
Məmmədağa Hüseynov 8 fevral 1929-cu ildə Bakıda anadan olub. Onun babası Hacı Qəni varlı idi. Sovetləşmə zamanı hər şeyi əlindən çıxıb, sonra da yüzlərlə, minlərlə insan kimi onu da Sibirə sürgün ediblər. Məmmədağa müəllim danışırdı ki, 1941-ci ildə müharibə dövründə yüzə yaxın ailəni bir vaqona doldurublar, onlar 40 gün gedib, son məntəqəyə güclə çatıblar. Vətəndən uzaqda ağır günlər başlayıb. Onun anası sürgün həyatının ağırlığına dözməyib və qəriblikdə vəfat edib, atası böyük çətinliklərlə 1943-cü ildə uşaqları geriyə, Bakıya gətirə bilib. Lakin hələ uzun müddən ailə “xalq düşməni” damğası ilə yaşamalı olub və nəhayət, 1956-cı ildə onlara rəsmən bəraət verilib. Bundan sonra M.Hüseynov Ümumittifaq Günahsız Qurbanlar Assosiasiyasının Azərbaycan bölməsinin üzvü olur. Uzun illərdən sonra erməni faşistləri tərəfindən doğma evlərindən didərgin düşənlərin əzablarını müşahidə edərkən Məmmədağa müəllim: “Mən qaçqınlarla bizim taleyimiz arasında oxşarlığı görürəm” – söyləyəcək.
Bakıda Məmmədağa Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olub, bitirdikdən sonra, kinematoqrafa olan maraq onu Moskvaya, Dövlət Kinematoqrafiya İnstitutunun kino rəssamı fakültəsinə gətirib. İnstitutut divarları arasında o, Boqorodski, Seqal, Şpinel kimi ustadlardan sənətin sirlərini öyrənib, ilk növbədə, dekorasiya sənətinin incəliklərinə yiyələnib və səhnə texnikasına vaqif olub.
1955-ci ildə institutu bitirib Bakıya qayıdan M.Hüseynov, Moskvada təhsil almış ilk azərbaycanlı rəssamlardan biri olur.
Məmmədağa Hüseynovun həyatında yeni, parlaq səhifə açılır və bu da “Azərbaycanfilm” kinostudiyasında kino rəssamı kimi işi ilə bağlı idi. Onun ilk işi Ə.İbrahimovla İ.Qurinin “Bir məhəlləli iki nəfər” (1957) filminin yaradılmasında iştirak olub. M.Hüseynov bu film üçün eskizləri E.Rzaquliyev və K.Nəcəfzadə ilə birlikdə işləyib. Filmdə hadisələr şərq ölkələrindən birində cərəyan edir. Konkret yer göstərilməyib, lakin rəssamların seçdikləri natura, onların eskizləri əsasında hazırlanmış dekorasiya, interyer və digər məqamlar tamaşaçını hadisələrin xaricdə baş verdiyinə inandırır. Sonralar M.Hüseynov özünəməxsus dəsti-xətti olan H.İsmayılov, A.Quliyev, A.İsgəndərov, K.Rüstəmbəyov, H.Seyidbəyli, A.Atakişiyev, R.Şabanov, T.İsmayılov, T.Tağızadə, R.İsmayılov kimi rejissorlarla işləyib.
Məmmədağa Hüseynov rejissor Həbib İsmayılovla kənd mövzusuna həsr olunmuş iki filmdə - “Ögey ana” və “Böyük dayaq” əsərlərində işləyib. Hər ikisində evin quruluşu, əşyaların yerləşməsi qəhrəmanların daxili aləmini açmağa, onlar arasında qarşılıqlı münasibəti işıqlandırmağa kömək etməklə yanaşı, mənəvi-əxlaqi problemlərinin mövcudluğunu vurğulayıb.
1955-ci ildə M.Hüseynov Mehdi Hüseynin “Səhər” romanı üzrə hazırladığı tərtibat eskizləri əsasında diplom işini uğurla müdafiə edərkən, heç ağlına da gəlməzdi ki, bir müddət sonra bu roman əsasında çəkiləcək bədii filmin tərtibatında iştirak edəcək. Quruluşçu rejissor Ağarza Quliyev onu quruluşçu rəssam kimi dəvət edir və gənc rəssam etimadı tam doğruldaraq genişmiqyaslı tarixi-inqilabi kinolentə bədii tərtibat verir, institutda əldə etdiyi biliklər burada onun köməyinə gəlir. Yüksək səviyyədə çəkilmiş neft buruqlarında fəhlələrin üsyanı, Rəhim bəyin evi, Pirəlinin həyəti, neftçıxarma prosesi ötən əsrin əvvəli Bakısının atmosferini yaratmağa imkan verib.
Müharibə mövzusu Məmmədağa Hüseynovun həm kinematoqrafik, həm də şəxsi həyatından xüsusi yer tutur. Müəllifin ümumittifaq və respublika sərgilərində təqdim edilən rəngkarlıq nümunələrində, həm də bədii filmlərə çəkdiyi eskizlərdə onun hərbi dövrün obrazını maksimum dəqiqliklə və təbiiliklə əks etdirmək səyi özünü göstərir. Bu baxımdan məşhur “Bizim Cəbiş müəllim” filminə çəkilmiş eskizlər xüsusilə maraq doğurur. Burada kompozisiya elə qurulub ki, tamaşaçı eyni vaxtda obrazların üzündəki kədərlə yanaşı, müharibənin ağırlığını, qorxu və həyəcanı görə və duya bilir. Bitkin kompozisiya rejissora kütləvi səhnəni çəkməkdə böyük köməklik göstərir.
Kino rəssamı əvvəlcədən onun təxəyyülünün ekran həyatını görməyi bacarır və nəticədə eskizlər əsasında hazırlanmış dekorasiya ilə süjet arasında harmoniya yaranır. Məmmədağa Hüseynov məhz bu məqamı kino rəssamının fəaliyyətində əsas meyar hesab edirdi. Bu xüsusiyyət rəssamın yaradıcılığının ana xəttini təşkil edir.
Onun kino rəssamı kimi özəlliyi isə mövzunun tarixi və ya müasir, kənd və ya şəhər mühitindən bəhrələnməsindən asılı olmayaraq əsərin ideyasının kompozisiya həllini dəqiqliklə işləyib, süjet xəttinin inkişafının bütün məqamlarında burada bitkin məkan və insan, musiqi və rəng ahəngini təmin edən bədii tərtibata nail olmaqdır.
Məmmədağa Hüseynov müxtəlif janrlarda qrafika və rəngkarlıq əsərlərinin müəllifidir. O bu barədə deyib: “Başqa kino rəssamları kimi, mən də kinematoqrafla yanaşı, fərdi yaradıcılıqla da məşğulam. Olduğum ölkələrdə kiçik eskizlər çəkib, sonradan emalatxanada onlar əsasında əsərlər çəkirəm. Suriyaya səfərim zamanı silsilə əsərlər yaratdım, Mərakeş və İspaniya səyahətlərimdən sonra da bir çox işləri ərsəyə gətirdim. Bir tərəfdən düşünürsən: ömür keçir, illər çox şeyi əlimdən alır, digər tərəfdən isə ürək yaradıcılıq həvəsi ilə alışır. Daha çox yaratmaq istəyirsən. Digər tərəfdən isə, ötən günlərin hədər getmədiyindən, etdiklərinin həyatında iz buraxdığından təskinlik tapırsan...”
Bu əsl həqiqətdir. Azərbaycanın Xalq rəssamı, görkəmli rəssam Məmmədağa Hüseynov çətin, lakin parlaq ömür və yaradıcılıq yolu keçib, özündən sonra doğma Azərbaycan kinematoqrafında və rəngkarlığında silinməz iz qoyub.
Aydın Kazımzadə
“Kaspiy” – 2014, 7 noyabr. Səh.-12
- 11:59 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş konsert proqramı təqdim edilib
- 16:50 "Müzəffər Sərkərdə, yenilməz Ordu" adlı tədbir keçirilib
- 16:31 “Sağlam həyat – sağlam gələcək” mövzusunda maarifləndirici sərgi keçirilib
- 16:14 Milli Kitabxananın yeni loqosunun təqdimatı olub
- 16:11 “Şanlı Zəfər tariximiz” adlı tədbir keçirilib
- 15:58 Gənclər Kitabxanasında “Narkomaniya: insanlığa qarşı böyük bəla” adlı məlumat bülleteni hazırlanıb
- 14:20 Zaqrebdə Azərbaycan cazının təntənəsi
- 13:35 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları davam edir
- 12:17 Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Zaqreb Milli və Universitet Kitabxanasını ziyarət edib
- 12:02 Amaliya Pənahovanın 80 illiyi münasibətilə “Xan qızı” tamaşası nümayiş olunub
- 12:01 Gənclər Kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə silsilə materiallar hazırlanıb
- 10:37 Azərbaycanın Xorvatiyadakı Səfirliyində iki ölkənin mədəniyyət və yaradıcı sənaye təmsilçilərinin işgüzar görüşü keçirilib
- 09:46 “Baş” tamaşasına ictimai baxış keçirilib
- 09:43 Milli İncəsənət Muzeyində “Restavrasiya: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılıb
- 09:20 Avstriya caz triosu “Baku Piano Festival 2025”də çıxış edib
- 09:18 Mədəniyyət naziri Zaqrebdə xorvatiyalı həmkarı ilə görüşüb
- 16:12 “Ordumuz Vətən keşiyində” adlı tədbir keçirilib
- 14:51 “Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı material istifadəçilərə təqdim olunub
- 14:05 Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Xorvatiyada səfərdədir
- 13:58 Milli Kitabxanada sərgi açılıb
- 12:38 Filarmoniyada violin axşamı – Hökümə Əliyevanın tələbələrinin konserti
- 09:33 Beynəlxalq Muğam Mərkəzində IV Bakı Piano Festivalı çərçivəsində növbəti konsert keçirilib
- 09:27 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində konsert keçirilib
- 09:18 Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir
- 16:28 Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirilib
- 16:21 “Şuşa, sən azadsan!” filmi nümayiş olunub
- 16:18 “Şah Abbas Namə" tamaşasının premyerası keçirilib
- 16:15 Özbəkistanda Türk dünyası xalqları arasında mədəni körpülər möhkəmlənir
- 14:16 Dünyaşöhrətli tenor Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edəcək
- 14:15 Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada sərgi, konsert və ustad dərsi keçiriləcək
- 09:55 Bakıda tanınmış rəssam Tünzalə Məmmədzadənin fərdi sərgisi açılıb
- 09:33 Ağdamda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib
- 09:28 "Opera günləri" layihəsi çərçivəsində dahi Bülbül yad edilib
- 16:09 “Musiqili Bakı” layihəsi çərçivəsində gənc müğənni Aysel Əlizadənin konserti keçirilib
- 11:28 Milli Kitabxanada “Folklorşünas alim İslam Ələsgər - 100” adlı kitab sərgisi açılıb
- 11:27 “Başlıbel: mühasirə gündəliyi” filminin premyerası keçiriləcək
- 09:29 Ankarada azərbaycanlı rəssamın sərgisi açılıb
- 09:20 Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub
- 09:16 Azərbaycan UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib
- 09:12 TÜRKSOY akademik Nizami Cəfərovu mükafatlandırıb
- 16:48 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları uğurla davam edir
- 16:34 Milli İncəsənət Muzeyində “Bərpa: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılacaq
- 15:46 Mədəniyyət Nazirliyi ötən ay sosial şəbəkələrdə ən çox paylaşım edən qurum olub
- 15:11 “Opera günləri” layihəsi çərçivəsində “Əsli və Kərəm” operası təqdim olunub
- 15:06 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub
- 12:21 Bu gün Xalq artisti Cahangir Cahangirovun anadan olmasının 104 ili tamam olur
- 12:08 27 nömrəli Uşaq Musiqi Məktəbi "Kiçik əllərin böyük musiqisi" adlı hesabat konserti təqdim edib
- 10:25 Bu gün Xalq artisti Süleyman Ələsgərovun anadan olmasının 110 ili tamam olur
- 09:34 Mədəniyyət Nazirliyində tanınmış aşıq Ulduz Quliyeva ilə görüş olub
- 09:30 Əmmanda birinci İordaniya-Azərbaycan Filateliya sərgisi açılıb
- 09:20 “Göyçə ədəbi mühitinin şah beyti – Dədə Ələsgər” kitabının təqdimatı olub
- 09:13 Sabit Rəhmanın qiymətli kitablardan ibarət şəxsi kolleksiyası Milli Kitabxanaya hədiyyə edilib
- 17:16 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 17:02 Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıb
- 16:59 Beynəlxalq muğam ifaçıları müsabiqəsi davam edir
- 15:50 Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin biblioqrafik icmal və elektron resurslar bazası yaradılıb
- 15:49 “Ulduz” jurnalının yeni nömrəsində...
- 14:28 Bakı Piano Festivalında xorvat musiqiçilərin çıxışı olub
- 14:20 Bu gün Xalq artisti Möhsün Sənaninin anadan olmasının 125 ili tamam olur
- 14:16 R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində “Musiqi dünyamız” adlı hesabat konserti keçirilib