XƏBƏRLƏR
MƏLUMAT
Tanınmış rejissor və aktyor Hafiz Fətullayev
ÜMÜMİ XƏBƏRLƏR
24/02/2022 01:02

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, tanınmış rejissor, aktyor və ssenarist Hafiz Fətullayev 24 fevral 1944-cü ildə Bakıda anadan olub.

O, M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. 1977-1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında rejissor kimi fəaliyyət göstərib. 1991-ci ildən "Rimur" müstəqil kinokompaniyasının rəhbəri idi.

"Qırmızı qatar", "Müqəddəs oda yanaram" filmlərinin quruluşçu rejissoru olub. "Mücrü" filmində və "Fatehlərin divanı" televiziya tamaşasında aktyor kimi çıxış edib.

Hafiz Fətullayev həmçinin “Sönməyən ulduzlar” teatrında həm rejissor, həm də aktyor kimi fəaliyyət göstərib.

Hafiz Fətullayev uzun sürən xəstəlikdən sonra 2015-ci il yanvarın 20-də  Bakıda vəfat edib. Maştağa qəbiristanlığında torpağa tapşırılıb.

Baxış sayı: 386