XƏBƏRLƏR
MƏLUMAT
Tanınmış aktyor Şahin Cəbrayılovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
29/10/2021 02:44

Şahin Cəbrayılov 29 oktyabr 1949-cu il tarixində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən aktyor uzun illər Milli Akademik Dram Teatrının səhnəsində bir-birindən maraqlı, xarakterik obrazlar yaradıb.

Aktyorun televiziyada və kinoda yaratdığı irili-xırdalı obrazlar ifadə tərzi və peşəkarlığı ilə tamaşaçıların yaddaşında silinməz izlər buraxıb.

Şahin Cəbrayılov filmlərdə əsasən epizodik rollarda çəkilib. "Kökdən düşmüş piano", "Qatarda", "Topal Teymur", "Yol əhvalatı", "Alman klinikasına şəxsi səfər", "Qızıl uçurum", "Özgə ömür" və s. ekran əsərləri bu qəbildəndir. Ən yaddaqalan obrazı "Kökdən düşmüş piano" tamaşasındakı Nərimandır.

Təxminən 12 il səhhətində yaranan ciddi problemlər üzündən səhnədən uzaqlaşan aktyor beyin iflici diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilsə də sonradan müalicəsini evdə davam etdirib.

5 sentyabr 2007-ci ildə infarkt keçirən aktyor dünyasını dəyişib.

Oğlu Əməkdar artist Elşən Cəbrayılov hazırda atasının yolunu uğurla davam etdirir.

Baxış sayı: 1086