XƏBƏRLƏR
MƏLUMAT
Şüvəlan qəsəbə Mədəniyyət evi“Müəllim ömrü” adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
04/10/2024 16:12

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət evində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Müəllim ömrü” adlı tədbir keçirilib.  

İlk öncə Azərbyacan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.

Tədbirin aparıcısı mövzu ilə bağlı ətraflı məlumat verib. Daha sonra Mədəniyyət evində fəaliyyət göstərən gimnastika kursunun şagirdləri müxtəlif hərəkətlər və kompozisiyalar təqdim ediblər, ardınca isə rəsm kursunun şagirdlərinin əl ilşərindən ibarət olan  “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş sərgiyə baxış keçirilib.

Sonda fəal iştiraklarına görə şagirdlərə Diplom təqdim olunub.

Baxış sayı: 53