Tarixən su çəkdirmək, bulaq tikdirmək xeyirxah və savab əməl sayılıb. Bu işi görənlər həmişə xalqın yaddaşında yaşayıb və xatırlanıb. Su sarıdan korluq çəkən Şuşa qalasına su çəkdirənlər də həmçinin.
Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyev AZƏRTAC-ın müxbirinə Şuşanın bulaqları haqqında məlumat verərək deyib: “Xurşudbanu Natəvanın tikdirdiyi Xan qızı bulağının mənbəyi şəhərdən yeddi kilometr aralıda - Sarıbaba dağının ətəyindədir. 1872-ci ilin yazında Xurşudbanu bəyim Qarabağdan və İrandan ən yaxşı mühəndisləri, usta və fəhlələri su kəmərinin çəkilişində iştirak etmək üçün Şuşaya toplayıb. 1 il 6 ay davam edən işlər 1873-cü il avqustun 18-də uğurla başa çatdırılıb. Su qala divarlarının altından “Yastı bürc”ə qalxırdı, Xan qızı su kəmərini burdan iki qola ayıraraq birini sarayının qarşısına çəkdirərək gözəl və yaraşıqlı səkkizgözlü bulaq tikdirdi. Su mənbəyindən bulağa qədər saxsı borularla gəlirdi və altı gözdən axaraq iki dəqiqə ərzində altı çəllək su verirdi. Həmin su kəmərinin çəkilməsi şəhərdə suyun qiymətini ikiqat aşağı salmışdı. Xurşudbanu bəyim bu xeyirxah işə 100 min manat qızıl pul xərcləyib. O, suyun çəkilişində iştirak edənlərə puldan əlavə, 180 qoyun və 20 dəst bahalı xələt bağışlayıb. Böyük el bayramına çevrilən bulağın açılış mərasimində iştirak etmək üçün beş min nəfər toplaşıb. Şəhərin nüfuzlu şəxsləri Xan qızına sonsuz minnətdarlıq və təşəkkürlərini bildirmək üçün bulaq başına yığışıblar. Şair və rəssam Mir Möhsüm Nəvvab suyun çəkilməsinə maddeyi-tarix yazmış və Xurşudbanu bəyimin xeyirxah işini təqdir edib.
Həmin gün Xan qızı Xanlıq bağında böyük ziyafət düzəltmiş, Şəki, Şirvan, Gəncə, Bakı, Naxçıvan və İrəvandan yüzlərlə qonaq dəvət etmişdi. O vaxtdan həmin su kəməri el arasında “Xan qızı bulağı” kimi məşhurlaşıb və onun haqqında bir çox şeir, mahnı və rəvayət yaranıb”.
Tarixi şəhərin digər bulaqları haqqında danışan həmsöhbətimiz bildirib: “Şuşa şəhər sakini Mustafa bəy Mehmandarov qardaşı oğlu Qasım bəy Mehmandarovla birlikdə məhəllə sakinləri üçün su çəkdirib və hər ikisinin vəsaiti hesabına yerli daşlardan inşa edilən bulaq-memarlıq abidəsi yerləşdiyi məhəllənin adı ilə “Təzə məhəllə bulağı” adlandırlıb. Bulağın kitabəsində gələcəyə yadigar qalması üçün bir sıra sözlər də yazılıb. Həmin bulaq bir əsrə yaxın məhəllə sakinlərinin içməli suya olan tələbatını ödəyib.
1899-cu ildə Hacı Nəsir Rza oğlu Çöl qala məhəllə məscidinin qarşısındakı açıq meydanda daşdan bulaq tikdirib. Bulağın saf və şirin suyu vardı. Bulağın fasadı dekorativ elementlərlə işləndiyindən məscidlə həmahənglik təşkil edir və ümumi bir kompleks kimi baxılırdı.
Şəhərin qədim bulaqlarından olan “Şor bulaq” 1854-cü ildə şuşalı Rəsibala Zəkəriyyə oğlu tərəfindən çəkilib. Bu ad bulağa suyunun şorluğuna görə verilib. Ötən əsrin axırlarına qədər onun suyu çağlayırdı.
Məşhur şuşalı tacir Tatevos Tamirov 1895-ci ildə Xan qızı Natəvanın çəkdirdiyi su kəmərindən bir qol ayıraraq səkkiz borulu ikinci böyük su kəməri çəkdirib. “Tatevos bulağı” adlandırılan həmin kəmərin açılışı 1896-cı il sentyabrın 8-i bayram kimi qeyd olunub”.
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub