XƏBƏRLƏR
MƏLUMAT
Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının akademiki Kamal Məmmədbəyov
ÜMÜMİ XƏBƏRLƏR
02/09/2021 03:46

Kamal Hüseynağa oğlu Məmmədbəyov 20 mart 1924-cü ildə Qubada doğulub. XIX əsrin sonlarında Xızıdan Qubaya köçmüş axund Hüseynqulunun nəticəsidir.

Sumqayıt şəhərinin şəhərsalma və memarlıq üzrə ilk tədqiqatları Azərbaycan alimi Kamal Məmmədbəyov tərəfindən aparılıb. Araşdırmanın nəticəsi sayılan çoxsaylı elmi əsərlər və monoqrafiyalar Sumqayıt şəhərinin memarlıq və şəhərsalma sahəsinin inkişafına böyük təkan verib.

1988-ci ildə Sumqayıt şəhərinin memarlığına və şəhərsalmasına həsr edilmiş kitabı nəşr olunub.

Sumqayıt Tarixi Muzeyinin arxiv fonduna K.Məmmədbəyov tərəfindən böyük həcmdə yaradılmış qrafiki-illüstrativ material təmənnasız bağışlanıb.

Görkəmli memar Kamal Məmmədbəyovun xidmətləri layiqincə dəyərləndirilib. O, 1975-ci ildə “Azərbaycan SSR Əməkdar memarı” fəxri adına layiq görülüb. 1993-cü ildə Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının akademiki seçilib.

Kamal Məmmədbəyov 2 sentyabr 1997-ci ildə Bakı şəhərində vəfat edib.

Baxış sayı: 292