XƏBƏRLƏR
MƏLUMAT
Səsi ilə dinləyiciləri heyran edən Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova
ÜMÜMİ XƏBƏRLƏR
10/06/2022 01:35

Gülyanaq Zakir qızı Məmmədova 10 iyun 1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1980-1990-cı illərdə Böyük Dəhnə 1 saylı tam orta məktəbdə, 1992-1996-cı illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin (köhnə adı ilə A.Zeynallı adına Musiqi texnikumu) muğam şöbəsində, 1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr və kino aktyoru fakültəsində aktyor ixtisası üzrə təhsil alıb. 2002-ci ildə magistr dərəcəsi ilə universiteti bitirib.

1990-1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib. 1993-cü ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. 1995-1997-ci illərdə İsveçin Malmo şəhərində “Malmo” festivalında çıxış edib, Stokholm və Koteburq şəhərlərində konsertlər verib, 2000-ci ildə Almaniyanın Honnover şəhərində “EKSPO – 2000” sərgisində, 2000-ci ildə Türkiyədə “Boğaziçi” festivalında İstanbul – Ankara şəhərlərində konsertlər verib.

2001-2002-ci illərdə “Bakı–Tiflis–Ceyhan” neft kəmərinin təbliğ qrupunun konsert proqramında, 2002-ci ildə Fransanın Strasburq şəhərində Azərbaycanın Avropa Şurasına daxil olmasının 1 illiyi münasibətilə, 2002-ci ildə Avstriyanın Vyana şəhərində, Moskvada, Ukraynanın Kiyev şəhərində, 2002-2003-cü illərdə Moskvada “Azərbaycan Mədəniyyəti günləri”ndə, 2002-ci ildə Ukraynada, 2003-cü ildə Moskva və Minsk şəhərlərində, 2003-cü ildə Almaniyanın Mayns şəhərində “Azərbaycan Mədəniyyəti günləri”ndə, 2004-cü ildə Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə 2005-ci ildə Moldovanın Kişinyov şəhərində, 2005-ci ildə Avstriyanın Vyana şəhərində “Azərbaycan Mədəniyyəti günləri”ndə, 2006-cı ildə Naxçıvanda “Dövlət müstəqilliyi günü” ilə əlaqədar qastrol səfərlərində olub.

1998-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 2014-cü il dekabrın 18-də “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb.

Baxış sayı: 89