XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanları tanıyaq və tanıdaq” rubrikasında Firudin Şamoyev
ÜMÜMİ XƏBƏRLƏR
08/02/2022 01:34

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Günel Eyvazova Azərbaycanın Milli Qəhrəmanı Firudin Şamoyevin doğum günü ilə əlaqədar videoçarx hazırlayıb. 

Firudin Şamoyev 7 fevral 1962-ci ildə Qazax şəhərində anadan olub. Orta təhsilini burada alıb. 1981-1983-cü illərdə hərbi xidmətdə olub. Tərxis olunduqdan sonra Təmir Tikinti İdarəsində çilingər işləməyə başlayıb. Ermənilərin torpaqlarımıza təcavüzü, onlar tərəfindən törədilən vəhşiliklər onu bərk narahat edib. Firudin 8 iyul 1991-ci ildə könüllülərdən ibarət dəstəyə yazılıb.

N" saylı hərbi hissəyə hərbi hissədə minaatan bölüyünün komandiri vəzifəsinə təyin olunan Firudin Qazax rayonunun Bağanis Ayrım, Məzəm, Quşçu Ayrım kəndlərinin müdafiəsində iştirak edib. O, ermənilərin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib. 1992-ci il 13 apreldə Quşçu Ayrım kəndi ətrafında gedən döyüşlərdə Firudin qəhrəmancasına şəhid olub.

Videoçarxa aşağıdakı keçidə daxil olaraq baxa bilərsiniz:

https://www.instagram.com/tv/CZqWeVAAlkd/?utm_source=ig_web_copy_link

Baxış sayı: 378