XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanları tanıyaq və tanıdaq” rubrikasında Canpolad Rzayev
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2021 00:36

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Canpolad Yaqub oğlu Rzayev 26 fevral 1968-ci ildə Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olub.

Burada Əhmədavar kənd orta məktəbini bitirib. 1988-ci ildə hərbi xidmətə çağırılan Canpolad raket qoşunlarında xidmət edib, leytenant rütbəsi alıb. Qarabağ müharibəsi başlayanda o, könüllü olaraq Vətənə dönüb.

Leytenant Canpolad Rzayev Xramort, Xanabad, Əsgəran, Qarakənd, Gülablı kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub.

1992-ci il fevralın 26-da Canpolad Rzayev öz tankı ilə Xocalıda qətlə yetirilən insanların köməyinə gedib, düşmənin atəş mövqelərini məhv edərək xeyli insanın xilas olmasına şərait yaradıb, sona qədər döyüşərək şəhid olub.

Canpolad Rzayev Ağdam şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Evli idi, iki övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 iyun tarixli 833 saylı Fərmanı ilə Rzayev Canpolad Yaqub oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Baxış sayı: 972