XƏBƏRLƏR
MƏLUMAT
Qədim yunan filosofu Aristotelin müdrik kəlamları
ÜMÜMİ XƏBƏRLƏR
11/03/2021 17:08

Aristotel-qədim yunan filosofu və ensiklopediyaçı alimi, Platonun şagirdi, Peripatetik məktəbinin banisi, klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsi, bir çox nəzəriyyələrin banisi və müəllifidir. Şərq ölkələrində və Azərbaycanda Ərəstun adı ilə də tanınır.

Eramızdan əvvəl 384-cü ildə Yunanıstanın Staqir şəhərində anadan olub (buna görə ona çox zaman "Staqirit" deyirdilər). Onun fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərib. Aristotel təlimi iki istiqamətə ayrılaraq mistik idealizm və materialist fəlsəfi fikrin inkişafı üçün mənbə olub.

Aristotel bizim eramızdan əvvəl 322-ci ildə Yunanıstanın Kalkida şəhərində vəfat edib.

Aristotelin müdrik kəlamlarını sizə təqdim edirik:

Bir "dost" kimdir? İki bədəndə var olan tək bir ruhdur.

Əflatunu sevirəm, amma gerçəyi daha çox sevirəm.

Ruhun gözəlliyi bədənin gözəlliyi qədər asanlıqla görülməz.

Səhv yoldan getməyin birdən çox yolu vardır. Amma doğru yoldan getməyin tək bir yolu vardır. Səhv etmək buna görə asan,doğrunu tapmaq isə buna görə çətindir.

Arzu; bir şeyi istəmək və ya söyləməkdir.

Cəsarət qüvvətlə birləşəndə biraz artar.

Çox bəzənənlərə baxın; hamısı da gizlənmək istəyir.

Dünya bir hüceyrədir səni təkliyə itələyən, lakin səni düşündürüb yetkinləşdirən mühit də ola bilər.

İradənə hakim, lakin vicdanına əsir ol.

Dost adamın ikinci mənliyidir.

Təhsil görmüş ağlın işarəti, hər hansı bir düşüncəyə onu qəbul etmədən əvvəl açıq olmasıdır.

Heç kimsə rastlantı və ya onun vasitəsi ilə doğru və ağıllı ola bilməz.

Sözün ən gözəli, söyləyənin doğru olaraq söylədiyi, dinləyənin də yararlandığı sözdür.

Saf niyyətlə gələni mərasimlə, bəd niyyətlə gələni isə cinayət qanunları ilə qarşılamaq lazımdır.

Səbir acı olsa da, meyvəsi şirindir.

Müdrik adam zövq axtarmaz, qayğı və ağrılardan uzaq dayanar.

Arzu elə bir şeydirki, heç doymaq bilməz; bir çox insanların həyatı, arzuları doyurma yollarını axtarmaqla keçər.

Bütün insanların düşünəcəyi bir ağılı vardır və istifadə etməyi bilmək lazımdır.

Hüquq hər şeyin üzərində olmalıdır.

Təhsilin kökləri acı, meyvələri şirindir.

Yaxşılıq etməyə gücün çatmırsa, pislik etmə.

Ağıllı insan düşündüyü hər şeyi söyləməz, lakin söylədiyi hər şeyi düşünər.

Zəiflər hər zaman ədalət və bərabərlik istəyərlər. Güclülər isə bunların heç birinə fikir verməzlər.

Alçaq olan kimsə düşməktən qorxmaz.

Fəziləti olmayan insan, heyvanların ən çirklisi, ən vəhşisi və ən doymaq bilməz olanıdır.

Hər kəs ən çox öz xeyirini, ən az başqalarının xeyirini düşünür.

Yaxşılıq sadə, pislik isə çox istiqamətlidir.

Bir çox adamın həyatı, istəklərini doyurma yollarını axtarmaqla keçər.

Elm, yaxşı zamanlarda sərvət, pis zamanlarda bir sığınaq və yaxşı bir yol göstəricidir.

Ədalət ilkin dövlətdən gəlməlidir. Çünki hüquq, dövlətin ictimai nizamıdır.

Oxuyub yazanla oxumayıb yazmayan arasındakı fərq, ölülərlə dirilər arasındakı fərq qədərdir.

Birinin məhvi başqasının yaranması deməkdir.

Həyat hərəkət deməkdir, su da axmayanda iylənir.

Bütün dahilər bir az dəlidir.

Atalar sözü – qədim fəlsəfənin sağ qalmış parçasıdır.

Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir.

Gün işığı yarasanın gözünü qamaşdırdığı kimi, açıq-aşkar həqiqətlər də ağılı pərdələyir.

Poeziya fəlsəfəyə tarixdən daha yaxındır.

Platon mənim üçün əzizdir, amma həqiqət ondan da əzizdir.

Tamı mənimsəmək heç də o demək deyil ki, hissəni də mənimsəmişik.

Elmdə irəli gedib mənəviyyatda geridə qalan insan son nəticədə irəli yox, geriyə gedir.

Nadanlıq qürurla birləşdikdə təhlükəli olur.

"Yaxşı bir insan olmaq" ilə "yaxşı bir vətəndaş olmaq" əsla eyni şey deyildir.

Dostluq var - məqsədi xeyir üçün, dostluq var – məqsədi xoş vaxt keçirtmək üçün.

Baxış sayı: 2259