Firudin Məhəmməd oğlu Şuşinski 20 oktyabr 1925-ci ildə Azərbaycanın gözəl guşələrindən olan, Qarabağın tacı sayılan Şuşa şəhərində anadan olub.
Oğlunda musiqiyə hədsiz sevgi görən Məhəmməd kişi 1931-ci ildə Firudini Şuşa musiqi məktəbində təhsil almağa qoyur. Üç il burada təhsil alandan sonra yüksək musiqi istedadına baxmayaraq orta məktəbi əla qiymətlərlə bitirib, sənədlərini Azərbaycan Dövlət Darülfünün (Universitet) tarix fakültəsinə verir. Hələ universitetin II kurs tələbəsi olan Firudin bəy SSRİ Ali məktəb və elmi müəssisə işçiləri ittifaqının Azərbaycan Respublika komitəsi, Bakı şəhəri ali məktəb tələbələrinin II ümumşəhər elmi konfransında iştirak edir. Həmin konfransda Azərbaycan EA-nın akademikləri, professorları da iştirak ediblər. Konfrans qarşısında tələbələr bölmə rəhbərlərinin nəzarəti altında arxiv materiallarından, bədii ədəbiyyatdan və müxtəlif elmi məcmuələrdən istifadə edərək seçilən mövzular ətrafında mükəmməl məruzələr hazırlayıblar.
Konfransda 78 məruzə oxunur. Həmin məruzələr içərisində yalnız gənc Firudinin "Vaqif bir dövlət xadimi kimi" mövzusu I mükafata layiq görülüb.
Bu məqalə sonralar müəllifin ilk mətbu əsəri olub.
Tələbəlik illərindən Firudin bəy öz fenomen yaddaşını ictimai elmləri dərindən mənimsəməsinə sərf edib. O, hələ birinci kursdan tarix, fəlsəfə, ədəbiyyat fənlərinin dərindən mənimsənilməsinə (xüsusilə klassik və aşıq ədəbiyyatını), "incəsənətin son sözü" (H.Heyne) olan muğamların yaranması, onun ifaçıları haqqında maraqlı məlumatlar toplanmasına sərf edib. O, ölkəmizin şəhərlərini, obalarını qarış-qarış gəzib, unudulmuş muğam ifaçıları haqqında qələmə alacağı yazılarına yeni-yeni materiallar toplayıb.
Üzdəniraq qonşu xalqın davamlı cəhdlərini əngəlləmək, onların qarşısına sədd çəkmək, musiqimizi yad əllərə verməmək üçün 40 illik yaradıcılığını Azərbaycan musiqi mədəniyyəti tarixinin dərindən tədqiqinə və təbliğinə sərf etmiş Firudin Şuşinski ömrünün sonuna qədər buna sadiq qalıb. O, Azərbaycan musiqi tarixini araşdırıb tədqiq etməklə yeni bir era yaradıb.
Təsadüfi deyil ki, Firudin bəy həmçinin vaxtaşırı az tanınan ifaçıları verilişə dəvət edər, onlara geniş yer verər və yaradıcılıqları haqqında fikirlərini söylərdi. Həmin ifaçılar bu verilişlərdən sonra xalq arasında daha da populyarlaşardılar. Təsadüfi deyil ki, Azərbaycanın xalq artisti, mərhum kamança ustası Habil Əliyevi radio dalğalarına dəvət edən, onun haqqında ilk dəfə məqalə yazan məhz F.Şuşinski olub. F.Şuşinski gənc istedadların qayğısına qalar, onların inkişafında mühüm rol oynayıb. Onun ən çox sevdiyi, gələcəyinə inandığı Azərbaycanın Xalq artisti, xalqımızın sevimli sənətkarı, muğamlarımızı öz bənzərsiz ifası ilə dünyanın hər yerində tanıtdıran Alim Qasımov olub. Azərbaycan radiosunun musiqi verilişləri redaksiyasının təşəbbüsü ilə F.Şuşinskinin hazırladığı "Muğam konserti” rubrikası ilə verilən verilişləri yenilik idi.
"Şuşa” 1968-ci ildə rus dilinə tərcümə ediləndən sonra A.İ.Mikoyan başda olmaqla Moskvada vəzifədə oturan bir qrup ermənilər əsərə görə respublikanın rəhbərliyindən F.Şuşinskinin cəzalandırılması üçün ciddi tədbirlər görülməsini tələb edirlər. Səbəb isə Azərbaycan xalqının qatı düşmənləri, daşnak partiyasının köpəklərindən olan general Andronik, Dro, Nejde, Tevan və başqalarına qarşı F.Şuşinskinin sərt və barışmaz mövqeyi idi. Bununla da kitab böyük hay-küyə səbəb olur.
Müəllifin bu əsəri türk xalqlarının qatı düşməni Andronikin İrəvanda heykəlini qoymağa hazırlaşanlara qarşı bir etiraz səsi idi. F.Şuşinskinin araşdırmaları nəticəsində Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri, "Şərq musiqisinin peyğəmbəri”, opera səhnəmizin ilk aktyoru Cabbar Qaryağdıoğlu haqqında yazdığı əsər meydana gəlir.
Tədqiqatçı-alim bir-birinin ardınca "Seyid Şuşinski”, "Xan Şuşinski” əsərlərini yazıb bitirdikdən sonra Azərbaycan musiqi tarixində hadisəyə çevriləcək "Azərbaycan xalq musiqiçiləri” (redaktoru Teymur Əhmədov) adlı monumental kitabını nəşr etdirir.
Muğam ifaçılarının arayıb-araşdırılmasında yorulmadan çalışan, heç kəsdən maddi kömək gözləmədən ömrünü keçmiş MDB ölkələrinin arxivlərində, kitabxanalarında keçirən, hər bir yeni tapıntıya görə uşaq kimi sevinən görkəmli tədqiqatçı-alim, Əməkdar incəsənət xadimi Firudin Şuşinskinin musiqi mədəniyyətimizə verdiyi töhfə heç nə ilə müqayisəyə gəlməzdir. Biz onun zəhmətinin bəhrəsini radio dalğalarında, televiziya ekranlarında mütəmadi çıxışlarında, vaxtaşarı mətbuat səhifələrində dərc etdirdiyi məqalələrində, qalın-qalın kitablarında görür və bununla da klassik ifaçılarımız haqqında müəyyən biliyə sahib oluruq.
Aslan Kənan
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub