XƏBƏRLƏR
MƏLUMAT
Kitabxana Vidadi Babanlı yaradıcılığından bəhs edən videoçarx təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
12/01/2022 08:23

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı Azərbaycan ədəbiyyatının əvəzedilməz siması Vidadi Babanlı yaradıcılığından bəhs edən videoçarx təqdim edib.

Videoçarxda bildirilib ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazaxda  müəllim ailəsində doğulub. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləyib, sonra Bakıya köçüb “Azərbaycan müəllimi” qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışıb.

O, ədəbiyyatımızın hal-hazırda bənzərsiz bir simasıdır. Vidadi Babanlı “Vicdan susanda” romanında qaldırdığı məsələlərin hər biri bütün zamanların aktual mövzularıdır. O, təkcə bu əsərinə görə bütün zamanlarla ayaqlaşacaq, bütün zamanların oxucularının müasiri olacaqdır. “Vicdan susanda” romanındakı qaldırılan məsələlər əslində bütün dünyada olan problemlər kimi bütövlükdə bəşəriyyəti narahat edir və etməlidir.

Vidadi Babanlının  “Gəlin”, “Tanışlarım və dostlarım”, “Ayazlı gecələr” “Həyat bizi sınayır”, “Müqəddəs ocaq”, “İnsaf nənə”, “Ömürlük cəza”, “Ana intiqamı” və s. əsərləridə  məşhurdur. 1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb-yaradır. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilib. Son illər "Öz evində qonaq" pyesi tamaşaya qoyulub. Şeirləri dövri mətbuatda müntəzəm çap olunur. "Kişilik haqqında himn" şeirlər toplusu kütləvi tirajla buraxılıb. "Dərd məni dilləndirir" publisistik əsərlər toplusu, "Mənim gizlinlərim" avtobioqrafik romanı, "Ana intiqamı" povesti rəğbətlə qarşılanıb. Yazıçılardan ibarət xüsusi dəstə ilə bir sıra xarici ölkələrdə səfərdə olub.

Videoçarx kitabxananın “YouTube” kanalında paylaşılıb:

Baxış sayı: 689