XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev: xalqa xidmətin parlaq nümunəsi” mövzusunda seminar-mühazirə keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
02/05/2025 11:42

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində  “Heydər Əliyev: xalqa xidmətin parlaq nümunəsi” mövzusunda seminar-mühazirə keçirilib.

Tədbirdə ziyalılar, rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin müəllimləri, 226 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ulu Öndər Heydər Əliyev haqqında sənədli film nümayiş olunub.

Çıxış edənlər bildiriblər ki, bu gün Ulu Öndər Heydər Əliyevin  qurduğu təməl üzərində müstəqil Azərbaycan güclənir, inkişaf edir və dünyada söz sahibi olan bir dövlətə çevrilir. Bu irsin qorunması və davam etdirilməsi bizim – gələcək nəsillərin məsuliyyətidir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.

Sonra tədbir diskussiya formasında davam edib və auditoriyanın sualları cavablandırılıb .

Sonda qonaqlar Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya zalı ilə tanış olublar.

Baxış sayı: 49