Sadıq Ələkbər oğlu Dadaşov 15 aprel 1905-ci ildə Bakıda anadan olub. Hələ uşaq yaşlarında rəsm çəkməyə böyük həvəs göstərən Sadıq Dadaşov məktəb illərində də rəssamlıq və memarlıqla dərindən maraqlanıb.
Tələbəlik illərində S.Dadaşov özünü istedadlı və bacarıqlı memar kimi tanıdıb, institutun nəzdində fəaliyyət göstərən memarlıq laboratoriyasına rəhbər təyin edilib. O, dostları ilə birlikdə laboratoriyada çalışdığı zaman təkcə institutda keçirilən dərslərlə kifayətlənməmiş böyük rus memarlarından Kazakovun, Starovun, Zaxarovun, Bajenovun elmi-nəzəri əsərləri ilə, eləcə də, Çnamotsinin, Danielin, Barbaronun, Şuazinin, Qnediçanın, Palladionun və b. layihələri ilə yaxından tanış olub və onları elmi təhlil edərək öyrənib. Hələ tələbəlik illərində onlar bir neçə müsabiqədə iştirak edib, 1926-cı ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ilə bağlı elan edilmiş müsabiqədə S.Dadaşov və M.Useynovun birgə işlədiyi layihə birinci mükafata layiq görülüb.
1929-cu ildə S.Dadaşov M.Useynovla birgə “Bakıda kitabxana və mədəniyyət sarayı” mövzusunda diplom işini uğurla müdafiə edib və pedaqoji kollektivin yekdil qərarına əsasən hər iki memar institutda assistent kimi saxlanıblar.
Onlar Bakıdakı Şirvanşahlar sarayı kompleksinin, Naxçıvandakı Mömünəxatın türbəsi, Yusif Kuseyir oğlu türbəsinin və Qarabağlar türbəsi ilə yanındakı minarəli zəfər tağının, Qarabağın Bərdə şəhərindəki “Nüşabə” türbəsinin, Ordubadın yaşayış binalarını və yüzlərlə digər orta əsr memarlıq abidələrinin ilk tədqiqatçıları olublar.
1937-ci ildə “Nizami” kinoteatrının binası və onunla üz-üzə inşa olunmuş inzibati bina da memarlığımızın klassik əsərləri kimi bu gün də öz dəyərini saxlayıb.
1938-ci ildə S.Dadaşov Bakı Musiqi Akademiyasının binasını layihələndirib, burada dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin heykəlinin ucaldılması, memarlıqla heykəltəraşlığın həm məzmun, həm də sənətkarlıq nöqteyi-nəzərdən biri digərini tamamlayan bitkin bir kompozisiya həmahəngliyi yaradıb.
S.Dadaşovun memarlıq sənəti respublikadan çox-çox uzaqlarda da tanınıb və şöhrət qazanıb. Onun böyük yaradıcılıq nailiyyətlərindən biri də Moskvada tikilmiş Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi (XTNS) kompleksinin Azərbaycan pavilyonu olub. 1939-cu ildə hökumət tərəfindən həyata keçirilən S.Dadaşov və M.Useynov layihəsi keçmiş SSRİ məkanında memarlar tərəfindən yüksək maraqla qarşılanıb və bu layihəyə görə hər iki memar SSRİ Dövlət mükafatına layiq görülüb.
1940-cı ildə S.Dadaşov üçün uğurlu il olub. S.Dadaşov həmkarı M.Useynovla birlikdə Azərbaycanın dahi şairi Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin binasını layihələndirib. Nizami muzeyi S.Dadaşov yaradıcılığında önəmli yerlərdən birini tutur və bu gün də Azərbaycan milli memarlığının ən parlaq bir səhifəsi hesab olunur.
1944-1945-ci illərdə S.Dadaşov 8 böyük memarlıq əsəri layihələndirib ki, bunlara Bilgəhdə istirahət evi, Şüvəlanda yaşayış binası, Zaqulbada istirahət evi, Şüvəlanda bağ evi, Bilgəhdə bağ evi, kinoteatr (1-ci mükafata layiq görülüb), Bakıda “Buzovnaneft” yaşayış binası və s. aiddir.
Azərbaycan dövləti S.Dadaşovun fəaliyyətini və ölkə qarşısındakı elmi əməyini yüksək qiymətləndirib, 1940-cı ildə ona “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adı verilib və 1941-ci ildə SSRİ Dövlət mükafatı laureatı olub. O, “Lenin”, “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif edilib. 1941-ci ildə SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, 1945-ci ildə yeni yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Memar Azərbaycan memarlıq tarixi və nəzəriyyəsi ilə bağlı bir sıra elmi əsərlər yazıb çap etdirib ki, bu gün də o əsərlər öz aktuallığını itirməyib və dəyərli, etibarlı mənbə kimi istifadə edilməkdədir.
Azərbaycansovet memarı, memarlıq tarixçisi, Azərbaycan sovet memarlığının banilərindən biri Sadıq Ələkbər oğlu Dadaşov 24 dekabr 1946-cı ildə Moskvada vəfat edib.
Azərbaycanın istedadlı memarı və böyük alimi S.Dadaşov Bakıda dəfn olunub.
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub