XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar artist Rasim Cəfərovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
17/10/2022 00:37

Rasim Valeh oğlu Cəfərov 17 oktyabr 1978-ci ildə Abşeron rayonu Masazır kəndində doğulub. 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsini bitirib.

15 mart  2005-ci ildən Gənc Tamaşaçılar teatrının aktyorudur.

Teatr səhnəsində əsas rolları: Hersoq - (“Səhvlər komediyası” V.Şekspir), Tom - (“Zorro” L.Kərimov), Saray təbibi, xor - (“Xeyir və Şər” N.Gəncəvi), Ata, əsgər - (“Güc birlikdədir” R.Tohidoğlu), Şeytan - (“Cənnətin üç alması” N.Kazımov), Şah - (“Zoluşka” N.Kazımov), Adsız - (“Adsız” / “Bezımənnıy”/ F.Mustafa), Cin, tacir - (“Sirr” / “Tayna”/ A.Axundova), Hind oğlanı - (“Hind fantaziyası” / “İndiyskaə fantaziə”/ R.Əliyev), Əcinnə - (“Pəri Cadu” Ə.B.Haqverdiyev), Siçan - (“Tıq-tıq xanım” A.Şaiq), Oğuz - (“Şeyx Sənan”, H.Cavid), Dilmanc - (“Məkkəyə gedən yol”, C.Məmmədquluzadə), Siçanlar kralı - (“Şelkunçik” E.T.A.Hofman), Cek Cüvəllağı- (“Oliver Tvistin macəraları” Ç.Dikkens), Qənimət (“Məhv olmuş gündəliklər” İ.Əfəndiyev), Ağa (“Pələng ili” F.Mustafa),  Balin Konnor - (“Yalqız Qərb” M.Makdonax), Şeytan - (“Məlikməmməd və sehrli almalar” Azərbaycan Xalq nağılı), Xoruz, it- (“Çirkin ördək balası” H.X.Andersen), İbn Səlam - (“Leyli və Məcnun”, M.Füzuli), Fərhad - (“Yarımçıq qalmış”, Y.Abramov, L.Bəyim), Şirin ata - (“Şirinlər”, P.Culliford), Bəyazit - (“Varislər”, İ.Zəyniyev), Yevgeni Sergeyeviç Dorn - (“Qağayı”, A.P.Çexov).

Rasim Cəfərov “Epizod”, “Üç qız”, “Ev”, “Yalançılar”, “Qala”, “Teatral həyat”, “Ölüm növbəsi”, “Sahə”, “Kuklalar”, “İtgin düşmüş adam”, “Tabutdüzəldənin yelləncəyi”, “Ana yurdum”, “Bakı, mən səni sevirəm”, “Ayrı” kimi bədii filmlərdə, “Salur Qazanın evinin yağmalanması”, “Oyun”, “Əzizim Fellini”, “Səhərə inan”, “Yanlışda bir naxışdır”, “Mirzə Ələkbər Sabir” bədii televiziya filmlərində, “Sirr”, “Döngələr”, “Çaqqal nəfəsi”, “Sənə inanıram”, “Qarabağnamə”, “Oğurlanmış arzular” və s. tele seriallarında çəkilib.

29 iyul 2016-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Baxış sayı: 548